Accessibility links

İsa Qəmbər: "Futbolla bağlı ən həyacanlı anlarım uşaqlıq illərimlə bağlıdır"


İsa Qəmbər: "Futbolla bağlı ən həyacanlı anlarım uşaqlıq illərimlə bağlıdır"
İsa Qəmbər: "Futbolla bağlı ən həyacanlı anlarım uşaqlıq illərimlə bağlıdır"

Amerikanın səsinin İdman bloquna müsahibəsində İsa Qəmbər 1966-cı ildə Neftçi-Spartak oyunundan xatirələrindən tutmuş maraqlandığı idman sahələri və bu gün Azərbaycan futbolunda gördüyü problemlərə kimi bir sıra hadisələrə toxunur.

Amerikanın səsinin İdman bloqunda sizə yeni “Tanınmışların idman gündəliyi” rubrikasını təqdim edirik. Bu rubrikada sizə idmanla birbaşa əlaqəsi olmayan Azərbaycanın tanınmış insanlarının idmana olan marağından, idmanla bağlı keçmişindən, bugünündən söhbət açacağıq. Rubrikamızın ilk qonağı xüsusilə futbol matçlarında azarkeş oturacağında tez-tez görünən Musavat partiyasının başqanı İsa Qəmbərdir. İsa Qəmbər 1966-cı ildə Neftçi-Spartak oyunundan xatirələrindən tutmuş maraqlandığı idman sahələri və bu gün Azərbaycan futbolunda gördüyü problemlərə kimi bir sıra hadisələrə toxunur. Yəqin ki, İsa Qəmbəri siyasətçi kimi tanımayan, onun fəaliyyətlərindən az da olsa xəbərdar olmayan yoxdur. Bəs görəsən Musavat başqanını idman həvəskarı, futbol azarkeşi kimi tanıyırlarmı? Buyurun, öz sözü ilə desək “komanda oyunçusu” olan İsa Qəmbəri siyasətdən uzaq bir mövqedə tanıyın:
Müsahibənin tam mətnini buradan oxuyun.

XS
SM
MD
LG