Accessibility links

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib. Ukrayna xəbər agentliklərinin verdiyi məlumata görə, cənab Saakaşviliyə ölkə vətəndaşlığı verilib.

Gürcüstanda 2008-2013-cü illərdə radikal islahatlar aparması ilə tanınan Mixail Saakaşvilinin qubernator təyin olunması haqda sərəncam Ukrayna prezidenti Petro Poroşenko tərəfindən imzalanıb.

Ukrayna prezidenti Mixail Saakaşvilinin qubernator təyin edilməsini Odessa televiziya vasitəsilə yayımlanan tədbir zamanı elan edib. Mixail Saakaşvili cənab Poroşenko ilə bir yerdə göstərilib.

Gürcüstanda islahatlara rəhbərlik etməsinə baxmayaraq ölkənin hazırkı rəsmiləri keçmiş prezidentin vəzifəsindən sui-istifadə etdiyini bildirərək onun ekstradisiyasını tələb edir.

Mixail Saakaşvili 2013-cü ildə prezidentlik müddəti bitəndən sonra Gürcüstanı tərk edib. Keçmiş prezident ona qarşı ittihamları rədd edərək, onların siyasi motiv daşıdığını bildirir.

Show comments

XS
SM
MD
LG