Accessibility links

Saakaşvili: "Çatayevi biz tutduq, yeni hakimiyyət buraxdı"


İstanbul aeroportunda baş vermiş terror aktını törətməkdə şübhəli bilinən, əslən Çeçenistandan olan Ahmed Çatayevin Gürcüstanla sıx əlaqələri varmış. Hətta o, bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə saxlanılıb. Bu xəbərdən sonra Gürcüstandan sensasiyalı xəbərlər gəlməkdədir. AzadlıqRadiosu-nun gürcü xidmətinin bu haqda hazırladığı məqaləni təqdim edirik.

SAAKAŞVİLİ: «BİZ TUTDUQ, YENİ HAKİMİYYƏT BURAXDI»

Ahmed Çatayevin terrorçu qruplaşmada olması, Gürcüstanla əlaqələri haqda ABŞ Konqresinin daxili təhlükəsizlik komitəsinin sədri Michael McCaul CNN-ə deyib.

Bundan sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili (Mikhail Saakashvili) «Rustavi-2» telekanalı ilə çıxış edib. O canlı yayımda bildirib ki, 2012-ci ilin sentyabrında Gürcüstan Daxili İşlər nazirliyi Çatayevi həbs edib. Buna səbəb Rusiya-Gürcüstan sərhədində bir qrup terrorçunun Dağıstan ərazisinə keçmək üçün qarışıqlıq yaratması olub.

Saakaşvilinin sözlərinə görə, elə həmin il parlament seçkiləri nəticəsində ölkədə hakimiyyət dəyişdikdən sonra Bidzina İvanishvilinin başçılıq etdiyi iqtidar Çatayevi azadlığa buraxıb. Onun günahsız olduğu, qanunsuz silah gəzdirmədiyi, terror aktlarında iştirak etmədiyi bildirilib. Bundan sonra Çatayev Suriyaya gedərək Rusiyada qadağan edilmiş İŞİD qruplaşmasına qoşulub.

KOMİTƏ SƏDRİ: «TƏKƏLLİ ƏHMƏD GÜRCÜ AGENTİDİR»

Saakaşvilidən sonra canlı yayıma Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiashvili çıxıb. O bəyan edib ki, Çatayev Gürcüstan xüsusi xidmət orqanlarının casusu olub, ondan çeçen yaraqlılarla danışıqlarda istifadə edilib. Onun sözlərinə görə, «Təkəlli Əhməd» Ukraynadan ekstradisiya edildikdən sonra Pankisi dərəsindəki terrorçularla danışıqlara cəlb edilib, ancaq o nəzarətdən çıxıb və buna görə də xüsusi-xidmət orqanları onu həbs etməyə qərar veriblər. Komitə sədri deyir ki, elə bu məqsədlə Çatayevin qanunsuz silahla saxlaması barədə qurama cinayət işi açılıb.

ABŞ-ın Gürcüstandakı səfiri İan Kelly bəyan edib ki, Çatayevin İstanbul aeroportundakı terror aktında iştirakı ilə bağlı hələlik Amerika hökumətində etibarlı məlumatlar yoxdur.

Ahmed Çatayevin adı BMT-nin haqqında sanksiya çıxarılmış şəxslərlə bağlı siyahısındadır. Onu Rusiyada qadağan edilmiş İŞİD radikal qruplaşmasının liderlərindən biri kimi qəbul edirlər. Həmçinin onun rusdilli yaraqlıların toplanması və hazırlaşdırılmasına cavabdehlərdən biri olduğu güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG