Accessibility links

Saatlı rayon İcra Hakimiyyəti başçısının qəbulunda insident


Qandal
Qandal

Kənd sakini evinin vaxtında tikilməməsinə etiraz edib və ona qarşı cinayət işi qaldırılıb..

Bu gün Saatlı rayonunda İcra Hakimiyyəti başçısının qəbulunda insident baş verib. Yerli sakinlər Amerikanın Səsi radiosuna bildirib ki, Kür daşqınları zamanı ziyan çəkmiş Saatlı rayonunun Novruzlu kənd sakini Mirabad Rzayev və onun oğlu Mirsaleh evinin indiyədək tikilməməsinə görə İcra Hakimiyyətinə etiraz edib. Bu zaman icra başçısı və rayon polis şöbəsinin rəisi ilə M.Rzayev arasında insident yaşanıb, o, fiziki təzyiqə məruz qalıb. M. Rzayev və oğlu polis tərəfindən saxlanılıb.
M.Rzayev bundan öncə iyulun 11-də Daxili İşlər Nazirliyinin “102” qaynar xətt xidmətinə zəng edərək rayon İcra Hakimiyyətinin başçısından şikayət edib.
Saatlı rayon polis şöbəsinin növbətçi hissəsindən Mirabad və Mirsaleh Rzayevlərin saxlandığını Amerikanın Səsi radiosuna təsdiq edib, lakin saxlanmanın səbəbləri barədə məlumat verməyiblər. Növbətçi hissə işin rayon prokurorluğu tərəfindən aparıldığını bildirib.
Saatlı Rayon Prokurorunun köməkçisi Əlimirzə Əliyev isə Amerikanın Səsi radiosuna bildirilib ki, Mirabad Rzayevə qarşı Cinayət Məcəlləsinin 1315-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) cinayət işi başlanıb. “İcra hakimiyyəti başçısına qarşı zor tətbiq etdiyinə görə Mirabad Rzayev saxlanıb”, - deyə cənab Əliyev deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG