Accessibility links

Məhkəmə Saatlı rayonundan olan fəalı azad edərək şərti cəzaya məhkum edib


Saatlı rayon məhkəməsinin binası

Saatlı rayon məhkəməsinin binası

Vətəndaş cəmiyyəti fəalı iyulun 13-də icra hakimiyyətinə şikayət edərkən saxlanmışdı. O hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etməkdə günahlandırılırdı

Sentyabrın 18-də axşam Saatlı rayonunun Novruzlu kənd sakini, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, Mirabad Rzayev həbsdən azad edilib.

Saatlı rayon Məhkəməsi onu Azərbaycan Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (“hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək") təqsirli bilərək 1,5 il azadlıqdan şərti məhrum etmə cəzası verib. Rzayev məhkəmə zalından azad edilib, deyə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev Amerikanın Səsi radiosuna bildirib.

Xatırladaq ki, Mirabad Rzayev və oğlu Mirsaleh Rzayev iyulun 13-də Saatlı rayon İcra Hakimiyyətinin binasında həbs edilib. Onlar icra hakimiyyətinə həmkəndliləri ilə birgə 2010-cu ildə Kür və Araz çaylarında dağıdıcı daşqın nəticəsində dağılmış mənzillərin bərpasının uzadılması ilə bağlı şikayət etməyə gəlibmiş. Amma, Rzayevlər orada saxlanılıb.

Kiçik Rzayev 10 sutkalıq inzibati həbs alıb. Saatlı rayon Məhkəməsi Mirabad Rzayevlə bağlı həbs qətimkan tədbiri seçib və o, 2 aylığa həbs edilib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Rzayevin ünvanına ittihamları qondarma adlandırıb, onun azad edilməsini tələb edib və bu işi daim diqqət mərkəzində saxlayıb.
XS
SM
MD
LG