Accessibility links

Sabançı Holdinq şirkətinin rəhbəri Amerikada mükafata layiq görülüb


Sabançı Holdinq şirkətinin rəhbəri Amerikada mükafata layiq görülüb
Sabançı Holdinq şirkətinin rəhbəri Amerikada mükafata layiq görülüb

Sabançı Holdinqin sədri Güler Sabançı Klinton Qlobal Təşəbbüs təşkilatının hər il dünyada tanınmış iş adamlarına verilən yüksək mükafatını alacaq

Sabançı Holding şirkətinin rəhbəri Güler Sabançı ABŞ-ın keçmiş prezidenti Bil Klintonun təsis etdiyi Klinton Qlobal Təşəbbüs təşkilatının illik mükafatına layiq görülüb. “Korporasiya sektorunda liderlik” mükafatı xanım Sabançıya sentyarbın 22-də Nyu-Yorkda Klinton Qlobal Təşəbbüs təşkilatının illik iclasında təqdim ediləcək. Türkiyənin tanınmış qadın iş adamı bu mükafata dünyada qadınlar və qızların hüquq və imkanlarının genişləndirilməsi səyləri, habelə onun Türkiyənin ictimai, mədəni və iqtisadi inkişafı işinə sadiqliyinə görə layiq görülüb.

Təşkilatın açıqlamasında Gülər Sabançının rəhbərlik etdiyi Sabançı Holdinqin Türkiyənin aparıcı sənaye və maliyyə şirkətlərindən biri olduğu deyilir. Onun Sabançı universitetini təsis etdiyi və Türkiyə sənayeçiləri birliyinin ilk qadın üzvü olduğu qeyd edilir. Güler Sabançının 2010-cu ildə Financial Times qəzetinin dünyanın 50 ən nüfuzlu qadın iş adamı siyasında üçüncü yeri tutduğu göstərilir.

2007-ci ildə təsis edilmiş mükafat bundan öncə Koka-Kola şirkətinin o zaman həmsədri Nevil İsdell, Avon kosmetik məmulatlar şirkətinin sədri Andrea Cunq və başqa tanınmış iş adamlarına verilib.

2005-ci ildə ABŞ-ın keçmiş prezidenti Bil Klinton tərəfindən təsis edilən Klinton Qlobal Təşəbbüs təşkilatı qlobal problemlərin həlli məqsədilə novator ideyaların tapılması və gerçəkləşdilrilməsi məqsədilə dünya liderlərini bir araya gətirir. Yarandığı vaxtdan Klinton Qlobal Təşəbbüs təşkilatının hər il keçirilən toplantılarında 150-dən çox keçmiş və hazırkı dövlət başçısı, 18 Nobel mükafatı laureatı, yüzlərlə şirkət və fond rəhbəri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG