Accessibility links

Sabiq ABŞ dövlət katibi vəfat etdi


Sabiq ABŞ dövlət katibi vəfat etdi
Sabiq ABŞ dövlət katibi vəfat etdi

Böyrək xərçəngindən əziyyət çəkən sabiq ABŞ dövlət katibi Warren Christopher vəfat edib. 85 yaşlı sabiq diplomat Kaliforniyadakı evində əzizlərinin yanında dünyasını dəyişib.

Cənab Christopher on illərlə Amerikanı beynəlxalq arenada təmsil edib, müxtəlif böhranlarına çözülməsində mühüm rol oynayıb. Cənab Christopher 1993-cü ildən 1997-ci ilədək Demokrat prezident Bill Clinton-nun kabinetində dövlət katibi işləyib.

Warren Christopher balanslı temperamenti və bacarığı ilə seçilib. 1980 və 90-cı illərdə sabiq diplomat İranda amerikalı diplomatların girovdan azad edilməsi, Yaxın Şərq və Balkan böhranlarının həllində fəal iştirak edib.

XS
SM
MD
LG