Accessibility links

Sabiq ABŞ silah dizayneri 32 il müddətə azadlıqdan məhrum edilib


Sabiq ABŞ silah dizayneri 32 il müddətə azadlıqdan məhrum edilib
Sabiq ABŞ silah dizayneri 32 il müddətə azadlıqdan məhrum edilib

İttihamçılar mühəndisin Çinə torpedo raket qurğularını inşa etməyə yardım etdiyi qənaətindədir

Havay məhkəməsi sabiq ABŞ silah dizaynerini mühüm müdafiə sirlərini Çinə satmaqda ittiham edərək 32 il müddətinə onu azadlıqdan məhrum edib.Noşir Qovadia 40 gün keçirilən məhkəmənin ardınca avqust ayında məhkum edilmişdi.İttihamçılar əslən Hindistanda doğulmuş mühəndisin Çinə torpedo raket qurğularını inşa etməyə yardım etdiyi qənaətindədir.Bu raketlərin Amerika hava raketlərinə qarşı istifadə oluna biləcəyi ehtimal edilir.Torpedo raketləri radar və başqa sistem vasitələri ilə müəyyən oluna bilmir.ABŞ ittihamçıları Qovadianın Çindən 100 000 dollar aldığını güman edir.O, bu məbləği okean sahilindəki lüks evinin pulunu ödəməyə xərcləyib.

XS
SM
MD
LG