Accessibility links

Sabiq baş prokuror Con Aşkroft mühakimə edilməyəcək

  • Amerikanın səsi

Sabiq baş prokuror Con Aşkroft mühakimə edilməyəcək

Sabiq baş prokuror Con Aşkroft mühakimə edilməyəcək

ABŞ-ın Ali Məhkəməsi sabiq baş prokuror Con Aşkroftun 2003-cü ildə həbs edilən müsəlman amerikalı tərəfindən məhkəməyə verilməsini qadağan edib. Hakimlərin yekdilliklə qəbul etdiyi qərar Aşkroftun iki həftə nəzarət altında saxlanılan Abdulla Əl-Kiddin həbsinin şəxsən məsuliyyətini daşımadığını irəli sürür.

Corc Buş hakimiyyəti dövründə baş prokuror olan Aşkroftun Əl-Kiddin konstitusion hüquqlarını pozmadığı bildirilir. Əl-Kidd prokuroru 11 sentyabr terror aksiyalarından sonra qanunları pozaraq, insanları şahid kimi həbsi və onların məhkəmələrdə ifadə verməyə məcbur edilməsinə göstəriş verməkdə günahlandırır. O deyir ki, nəzarət altına alınmasının məsuliyyətini Aşkroft daşıyır. Əl-Kidd Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Vaşinqton hava limanında nəzarət altına alınaraq, şahid kimi 16 gün saxlanmışdı.

XS
SM
MD
LG