Accessibility links

Sabiq Kosovo lideri üzərində yeni məhkəmə keçiriləcək


BMT müharibə cinayətləri tribunalı Kosovonun sabiq baş naziri Ramuş Haradinacın yenidən mühakimə edilməsi haqda qərar çıxarıb

BMT müharibə cinayətləri tribunalı Kosovonun sabiq baş naziri Ramuş Haradinacın yenidən mühakimə edilməsi haqda qərar çıxarıb. İki il bundan öncə o, işgəncə və qətl ittihamları ilə keçirilən məhkəmədə günahsız bilinmişdi. Sabiq Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının prezidenti deyib ki, cənab Haradinacın 2008-ci ildəki məhkəməsi şahidlərin hədələnməsi ilə müşayiət olunmuşdu. Haaqada hakimlər cənab Haradinaca və başqa müttəhimə qarşı ittihamları əsassız saymışdılar. O biri müttəhim isə işgəncə maddəsi üzrə təqsirkar bilinmişdi. Cənab Haradinac və 2 başqa müttəhim 1990-cı illərdəki Kosovo münaqişəsi zamanı alban müqavimət qrupu olan Kosovo Azadlıq Ordusunda yüksək vəzifələr tuturdular.

XS
SM
MD
LG