Accessibility links

Sabiq neft maqnatı rus cəmiyyətinə xəbərdarlıq etdi


Sabiq neft maqnatı rus cəmiyyətinə xəbərdarlıq etdi

Sabiq neft maqnatı rus cəmiyyətinə xəbərdarlıq etdi

Bir vaxtlar Rusiyanın ən varlı adamı olmuş sabiq neft maqnatı deyir ki, onun məhkəməsi hər bir rusun taleyini həll edə bilər. Mixail Xodorkovski bu xəbərdarlıqla Moskvada keçirilən ikinci məhkəməsində çıxış edib. Xodorkovski hazırda müflisləşmiş Yukos neft şirkətinin sabiq icraçı direktorudur və maliyyə fırıldağına görə hazırda 8 illik həbs cəzası çəkir. Yeni məhkəmə onun məhbəsdə əlavə bir neçə il keçirməsi ilə nəticələnə bilər. O, və onun biznes tərəfdaşı Platon Lebedev 350 milyon ton nefti mənimsəməkdə və 25 milyard dollar mədaxili mühasibat ktiablarından silməkdə günahlandırılırlar. Hər iki şəxs Kremlin siyasətinə qarşı çıxdıqlarna görə təqib olunduqlarını bildirirlər. Hakim hökmü dekabrın 15-də oxuyacaq.

XS
SM
MD
LG