Accessibility links

Sabir Rüstəmxanlı: Güney Azərbaycanın problemləri ildən-ilə ağırlaşır [Video-müsahibə]


DAK həmsədrinin Amerikanın Səsinə müsahibəsi

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibəsində İranda yaşayan azərbaycanlıların problemlərinin Həsən Ruhani hökumətinin həll edəcəyinə inanmır.

Azərbaycan xalqı on illərlə yığılmış problemlərini hər hansı seçkiyə qurban verməz. Sadəcə Həsən Ruhaninin seçkisindən sonra psixoloji bir durum var ki, görək yeni prezident xalqa doğru addım atırmı. Bu barədə Amerikanın Səsinə müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı bildirib.

Onun fikrincə, İranda azərbaycanlıların problemi yalnız azərbaycanlıların deyil, İranın özünün taleh məsələsidir.

“Güney Azərbaycanın problemləri yerinə yetirilməzsə şübhəsiz bu, İranın mövcudluğu haqqında suallar doğurur. Bu dövlət bu şəkildə yaşaya bilər, ya yox?”

Rüstəmxanlı bildirib ki, son zamanlar İran və Azərbaycan Respublikasının mediasında məlumatlar sızır ki, guya Azərbaycan dilli məktəblər bərpa ediləcək.

Güneyin problemləri ildən-ilə ağırlaşa-ağırlaşa gedir.
“Əslində bu yalandır. Bu Xomeyni dövründə qəbul edilmiş konstitusiyasında da var. Əgər Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını tədris etsə idilər o vaxtdan edərdilər. Güneyin problemləri ildən-ilə ağırlaşa-ağırlaşa gedir”.

O Amerika-İran münasibətlərinin yaxşılaşdırılması İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə necə təsir edə bilər? - sualının cavabında deyib ki, burada iki münasibət var.

“Bəziləri düşünür ki, Amerika-İran münasibətləri nə qədər gərgin olsa, İrana hərbi müdaxilə edilsə daha yaxşıdır. Bu zaman azərbaycanlıların problemləri guya həll oluna bilər. Buna qarşı olan fikir də var. Mən də daxil olmaqla biz düşünürük ki, azərbaycanlıların orada çoxsaylı problemləri olsa da qonşu dövlətimizdir və orada yaşayanlar fars, ərəb qarışığı insanlar tarixən bağlı olduğumuz insanlardır.

Hərbi müdaxilə böyük faciələrə yol açar. Azərbaycan Respublikası üçün də bu müdaxilə qonşu olaraq böyük faciələr gətirə bilər. Ona görə biz hərbi müdaxilə olmasını istəmirik. Biz İranla Amerikanın münasibətlərində yaxınlaşmaya sevinirik. Amma, bu o demək olmamalıdır ki, İran hakimiyyəti özünə əminlik hiss edib, orada yaşayan başqa xalqların problemlərini həll etməsin”.

DAK həmsədrinin fikrincə, İran Amerika və Avropa ilə xoş münasibətlər qurmaq istəyirsə hökmən beynəlxalq öhdəliklərə də əməl etməlidir.

İnsan haqlarına əməl edilməsi İranda yaşayan azərbaycanlıların da problemlərinin ortaya çıxması deməkdir
“İnsan haqlarına əməl edilməsi İranda yaşayan azərbaycanlıların da problemlərinin ortaya çıxması deməkdir”.

Rüstəmxanlı deyib ki, İranda həbsdə olan Azərbaycan milli fəallarının həbsdən azad edilməsi üçün bütün beynəlxalq hüquq müdafiə təşkilatlarına, BMT-yə müraciət ediblər, çoxsaylı dövlətlərin parlamentlərində görüşlər zamanı bu məsələni qaldırıblar.
XS
SM
MD
LG