Accessibility links

Sabir Rüstəmxanlı və Firidun Pərviznia Dünya Azərbaycanlıları Konqresinin həmsədri seçilib


Sabir Rüstəmxanlı və Firidun Pərviznia Dünya Azərbaycanlıları Konqresinin həmsədri seçilib

Sabir Rüstəmxanlı və Firidun Pərviznia Dünya Azərbaycanlıları Konqresinin həmsədri seçilib

Dünya Azərbaycanlıları Konqresinin qurultayında dünyanın 20 ölkəsindən 149 nümayəndə və yüzdən çox qonaq iştirak edib

Dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI qurultayı keçirilib. Qurultayda dünyanın 20 ölkəsindən 149 nümayəndə və yüzdən çox qonaq iştirak edib.

Qurultayda DAK-ın İdarə Heyətinin 17 üzvünü seçib. Sabir Rüstəmxanlı və Firidun Pərviznia yenidən DAK-ın həmsədrləri seçilib. Eyni zamanda DAK İdarə Heyətinin üzvləri yekdilliklə Əjdər Tağızadəni DAK Daimi Şurasının sədri seçib. Bundan əlavə, Abuzər Bağırov DAK həmsədrlərinin MDB regionu üzrə müavini, Xəzər Emin humanitar məsələlər üzrə müavin təyin olunub. DAK İdarə Heyətinin üzvləri bəzi ölkə nümayəndəliklərini də təsdiqləyib. Beləliklə, Səftər Rəhimli DAK-ın Azərbaycan, Mirəşrəf Fətiyev Rusiya, Möhlət Hüseynov Ukrayna nümayəndəliklərinin rəhbərləri təyin edilib.

XS
SM
MD
LG