Accessibility links

Deputat Sabir Rüstəmxanlı Zaur Qurbanlını zaminə götürmək istəyir


Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

NİDA-mı fəal talassemiya xəstəsidir. Amnesty İnternasional Qurbanlını vicdan məhbusu sayır

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı N!DA hərəkatının gənc fəalı və bloger Zaur Qurbanlının zaminliyinə buraxılması ilə bağlı Baş Prokurora müraciət edib.

Müraciətdə deyilir ki, martın 1-də həbs edilmiş Qurbanlı talassemiya, bronxial astma xəstəliyindən əziyyət çəkir və ciddi müalicəyə ehtiyacı var. S.Rüstəmxanlı həmçinin Z.Qurbanlının əvvəllər məhkum olunmadığı nəzərə alınaraq məhkəməyə qədər müddətdə azadlığa buraxılmasının təmin olunmasına çağırıb.

Z.Qurbanlı mart-aprel aylarında 228.3-cü maddə (qanunsuz partlayıcı maddə saxlama) ilə həbs olunmuş yeddi NİDA fəalından biridir. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Amnesty İnternational həbs olunmuş NİDAçıları “vicdan məhbusu” sayır.
XS
SM
MD
LG