Accessibility links

Sabirabadda 2010-cu il daşqın müzakirəsində ittihamlar olub


Sabirabadda 2010-cu il daşqın müzakirəsində ittihamlar olub

Sabirabadda 2010-cu il daşqın müzakirəsində ittihamlar olub

Yerli sakinlər yerli hakimiyyətin fəaliyyətsizliyindən, problemlərin həlli üçün real addımlar atmamasından qəzəblərini ifadə edib.

Sabirabad rayonunda (Bakıdan 240 kilometr cənub-qərbdə) 2010-cu il yaz daşqınlarının nəticələrinə həsr olunmuş görüş keçirilib.
Turan Agentliyinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN), yerli icra hakimiyyəti və “Kür” vətəndaş cəmiyyəti hərəkatının nümayəndələrinin iştirak etdiyi görüş narazı vətəndaşların “ultimatumu” ilə başlayıb. Onlar emosional şəkildə yerli hakimiyyətin fəaliyyətsizliyindən, onların problemlərinə məhəl qoymamalarından və problemlərin həlli üçün real addımlar atmamasından qəzəblərini ifadə edib. Zərərçəkmiş rayonların sakinlərinin bir qismi hətta “formal müzakirələrdə” iştirak etmək istəmədiyi üçün zalı tərk edib.

FHN və icra hakimiyyəti nümayəndələrinin təminat verməsindən sonra insanlar zala qayıdıblar və hakimiyyət nümayəndələrinə yaxınlaşaraq iradlarını və narazılıqlarını dilə gətirməyə başlayıblar.
Şikayətlərin mahiyyəti zərərçəkmişlərə kompensasiyaların verilməməsindən və ya mənimsənilməsindən, fermerlərin ziyan dəymiş təsərrüfatları bərpa etmək üçün kredit ala bilməməsindən ibarət idi. Toplaşanların bir çoxu fermer fəaliyyəti üçün deyil, gündəlik xərclər üçün də vəsaitləri olmamasından şikayət edib.
Tələbləri dinləyən hakimiyyət nümayəndələri onları təhlil edərək, hökumətə təqdim edəcəklərinə söz verib. Həmçinin məlum olub ki, hökumət 2010-cu ildə Azərbaycanın daşqından ziyan çəkmiş 8 rayonunun bərpası üzrə yeni proqram hazırlayır.
Hökumət bu rayonların bərpası üçün 400 mln. manat ayırıb, vəsait xərclənib, lakin problemlər hələ də həll olunmayıb.

XS
SM
MD
LG