Accessibility links

Sabit Bağırov: Sahibkar bir ədalət mərkəzinin olmasına inanmalıdır [Video-Müsahibə]


Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondunun prezidentinin Amerikanın Səsinə müsahibəsi

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondunun prezidenti Sabit Bağırov Amerikanın Səsinə müsahibəsində ölkədə sahibkarlıqla bağlı qəbul edilən son qərarlar, onun yerinə yetirilmə vəziyyəti və problemlərdən danışıb.

Amerikanın Səsi: Sahibkarlığın inkişafı ilə bağlı hökumət son bir neçə ayda hansı qərarlar qəbul edib? Bu qərarlar azad bazar prinsiplərinə uyğundurmu?

Çox mühüm məsələ, istənilən sahibkarın maraqlarının müdafiəsi sahəsidir.

Sabit Bağırov: Mən deyərdim ki, sahibkarlıqla əlaqədar qərarların qəbul edilmə intensivliyi xüsusilə keçən ilin sentyabrından müşahidə edilir. Sayca desək, səhv etmirəmsə Azərbaycan Respublikası prezidentinin bu sahədə 35-ə yaxın fərmanı olub. Bunlardan bir qismi qanunvericiliyin təkmilləşdirilməsinə aiddir, yəni bu və ya digər qanunvericilik aktlarında uyğun dəyişikliklərin aparılması və bir qismi də birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşəbbüskar insanların fəaliyyətini stimullaşdırmaq, motivləşdirmək, onların fəaliyyətinə daha yaxşı şəraitin yaradılması məqsədini güdən qərarlar olub. Digər tərəfdən çox mühüm məsələ, istənilən sahibkarın maraqlarının müdafiəsi sahəsidir. Sahibkar əmin olmalıdır ki, haradasa bir ədalət mərkəzi var və o oraya müraciət edə bilər.

Amerikanın Səsi: Sahibkarlığın inkişafı ilə bağlı hökumətin qərarlarının yerinə yetirilmə vəziyyəti necədir? Qərarların yerinə yetirilməsi üçün mexanizmlər varmı?

2011-ci ildə “Lisenziyalaşdırma haqqında” qanunun hazırlanması ilə bağlı prezidentin fərmanı olub. Bu günə qədər bu fərman icra edilməyib.

Sabir Bağırov: Mən deyərdim ki, bu sahədə bizdə ənənəvi olaraq həmişə problemlər var idi. Görürsən ki, ən yüksək səviyyədə qərar qəbul olunub, onun icrasını görmürük. Misal üçün, lisenziyalaşdırma haqqında, hətta 2011-ci ildə “Lisenziyalaşdırma haqqında” qanunun hazırlanması ilə bağlı prezidentin fərmanı olub. Bu günə qədər bu fərman icra edilməyib. Digər bir sıra fərmanların adını da çəkə bilərəm. Azərbaycan Respublikası prezidentinin son çıxışlarında biz ictimai nəzarətin gücləndirilməsinə işarələr görürük. Yəni, bu barədə deyilir və bu yaxınlarda Milli Məclisdə “İctimai nəzarət haqqında” xüsusi bir qanun layihəsi də ictimaiyyət nümayəndələrinin iştirakı ilə nəzərdən keçirildi. Qanun kifayət qədər imkanlar yaradacaq ki, ictimai qurumlar bu prosesdə iştirak etsin. Amma, düşünürəm ki, layihədə müəyyən təkmilləşdirilmələr aparılmalıdır. Xüsusilə də inhisarçılığa yol verilməməlidir. Çünki hal-hazırda situasiya ona doğru

Çünki hal-hazırda situasiya ona doğru inkişaf edir ki, ictimai nəzarəti İctimai Şuralar həyata keçirsinlər. Yəni mərkəzi qurumların nəzdində yaradılan şuralar, həmin nəzarəti həyata keçirsin. Bu isə inhisarçılıq olardı.

inkişaf edir ki, ictimai nəzarəti İctimai Şuralar həyata keçirsinlər. Yəni mərkəzi qurumların nəzdində yaradılan şuralar, həmin nəzarəti həyata keçirsin. Bu isə inhisarçılıq olardı. Deyək ki, bizim təşkilat, biz onsuz da nəzarəti həyata keçiririk. Yəni biz baxırıq ki, qanunlar necə icra olunur, harada hansı problemlər var, necə həll olunur. Bir qeyri-hökumət təşkilatı olaraq bu bizim missiyamızdır və bu missiyanı heç kim bizim əlimizdən almamalıdır. Biz bu sahədə işlərimizi davam etdirməyi bacarmalıyıq. Ona görə bu sahədə inhisarçılığa yol vermək olmaz. İctimai iştirakçılıq təmin edilməlidir. İctimai iştirakçılıq yaxşı idarəetmənin dörd ən vacib meyarlarından biridir- şəffaflıq, hesabatlılıq, qanunun aliliyi, ictimai iştirakçılıq. İctimai iştirakçılıq olarsa, inandırıram sizi yüksək səviyyədə qəbul edilmiş qərarların icrası daimi yüksək səviyyədə təmin olunar.

Amerikanın Səsi: Ölkədəki mövcud biznes mühiti Ümumdünya Ticarət Təşkilatının standartlarına cavab verirmi və ya rəqabətə əsas yaradırmı?

Azərbaycandakı kreditlərlə əlaqədar mövcud situasiya sahibkarlığın inkişafına çox böyük problemlər yaradır. Kredit şərtləri çox ağır, faizlər yüksək, girovlar tələb olunur və sair.

Sabit Bağırov: Ümumdünya Ticarət Təşkilatının belə bir rəsmi standartları yoxdur. Amma, dünya ölkələrində biznes mühitinin qiymətləndirilməsinə dair müəyyən beynəlxalq qurumların hesabatları var. Deyək ki, Dünya Bankının hər il hesbatı dərc edilir, onun adı Doing Business-dir (Doing Business - Measuring Business Regulations - World Bank). Həmin Doing Business hesabatında dünya ölkələrinin əksəriyyəti üzrə biznes mühitinin qiymətləndirilməsi əksini tapır. Azərbaycan da o dünya ölkələri arasındadır. Yəni, həmin indeksə görə Azərbaycanın bu günki vəzyyəti haradasa ortalardadır, hətta ortalardan yuxarılara yaxınıq. Amma bir sıra sahələr var ki, orada problemlər kifayət qədər böyükdür. Deyək ki, maliyyə resurslarına əl çatanlıq. Azərbaycandakı kreditlərlə əlaqədar mövcud situasiya sahibkarlığın inkişafına çox böyük problemlər yaradır. Kredit şərtləri çox ağır, faizlər yüksək, girovlar tələb olunur və sair. Bu

Parodoks kimi səslənir, enerji iqtisadiyyatı olan ölkədə elektrik şəbəkəsinə qoşulma problemdir. Bax Azərbaycan bu indikatora görə Doing Business hesabatında heç də yaxşı yerdə deyil.

problemlər əsas problemlərdəndir. Ya deyək ki, elektrik şəbəkələrinə qoşulma, parodoks kimi səslənir, enerji iqtisadiyyatı olan ölkədə elektrik şəbəkəsinə qoşulma problemdir. Bax Azərbaycan bu indikatora görə Doing Business hesabatında heç də yaxşı yerdə deyil. Ya deyək ki, tikintiyə icazələrin alınması, düzdür keçən ilə nisbətən bu istiqamətlərdə müəyyən irəliləyişlər var. Amma, yenə də daha yaxşı nəticələr əldə etmək üçün rezervlər böyükdür.

Amerikanın Səsi: Qəbul edilmiş qərarların müsbət nəticələri iqtisadiyyatda və cəmiyyətdə nə vaxt hiss ediləcək?

Devalvasiya daha dərin problemlər yaradıb ki, onların aradan qaldırılması üçün bir neçə il tələb olunur. Yəni manata etibarın qaytarılması, banklara etibarın bərpa edilməsi vaxt tələb edir.

Sabit Bağırov: İqtisadiyyat sahəsində qəbul edilmiş ümummilli xarakter daşıyan qlobal qərarların təsiri bir qayda olaraq bir neçə ildən sonra hiss edilir. Elə qərarlar da var ki, bir gün sonra onun nəticəsini hiss edirsən. Deyək ki, monetar siyasətdir, misal üçün Azərbaycanda iki devalvasiya oldu, həm sahibkarlıq sahəsində, həm iqtisadiyyat sahəsində, həm də sosial sahədə təsirləri dərhal hiss edildi. Həmin devalvasiya daha dərin problemlər yaradıb ki, onların aradan qaldırılması üçün bir neçə il tələb olunur. Yəni manata etibarın qaytarılması, banklara etibarın bərpa edilməsi vaxt tələb edir. Ona görə iqtisadiyyat sahəsində elə qərarlar var ki, onların müsbət təsiri demək olar ki, dərhal özünü büruzə verir, elələri də var ki, illər tələb olunur.

XS
SM
MD
LG