Accessibility links

USAİD Şabranda idman meydançası inşa edib


Şabran rayonunun Əmirxanlı kəndində yeni idman meydançası
Şabran rayonunun Əmirxanlı kəndində yeni idman meydançası

Şabran rayonunun (Bakıdan 120 kilometr şimal) Əmirxanlı kənd sakinləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyilə tikilmiş yeni idman meydançasının açılışını qeyd edib.

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatına görə, meydança tikilməmişdən əvvəl kənd sakinləri idmanla potensial olaraq təhlükəli yerlərdə, məsələn yollarda və küçələrdə məşğul olub.

“Yeni idman meydançası 1800 kənd sakininin (həm böyük, həm uşaq) istifadə edə biləcəyi oyun və idman üçün təhlükəsiz yerə çevriləcək. Bu, USAID-in dəstəyilə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində təkcə Quba-Xaçmaz regionunda başa çatmış 18-ci icma layihəsidir”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG