Accessibility links

Sadə və ucuz protezlər [Video]


Yoxsul regionlarda tez-tez insanların əl-ayaqlarını itirmələrinə səbəb olan qəzalar baş verir. Bu regionlarda qəzalardan sağ çıxanların ən yeni protezlər almağa maddi cəhətdən imkanı çatmır. Bu səbəbdən iki belarus sadə və asanlıqla əldə edilən materiallardan istifadə edərək hər kəsin evdə hazırlaya biləcəyi protez düzəldiblər.

Atası Sergey, Sovet ordusun kapitanı hərbi poliqonda qolunu itirəndə Oleq Qaltsevin dörd yaşı var idi. Bundan təxminən 30 il sonra 53 yaşlı Sergey oğlu ilə onun mühəndis dostunun evinin zirzəmisində hazırladığı protez əl taxır.

protez ayaq

protez ayaq

“Onlar bu protezi mənə üç həftə boyunca yoxlamağım üçün verdilər. Mən bu protezlə odun doğrayır, otları biçir və tarladan bir sıra başqa iş görürdüm.”

Bu mexaniki əl yeni yüksək dərəcədə inkişaf etdirilmiş protezlərə bənzəmir, amma əlverişlidir, asanlıqla quraşdırılır və çox baxım tələb etmir. Protez sensorla idarə olunmur.

“Leqo kimidir və elektronikadan çox anlamayan insanlar üçün nəzərdə tutulub. Onlar ucuz modullar alıb, protezi özləri düzəldir.”

Galtsev deyir ki, protezi tərtib etmək iki il çəkdi. Onlar bəzi hissələri düzəltmək üçün 3D printerindən istifadə ediblər, digərlərini isə onlayn alıblar.

Protezi yaradanlar cihaz üçün patent almayıblar və insanların protezi evdə düzəldə bilmələri üçün internətə təlimat qaydalarını yerləşdiriblər.

Leqo kimidir və elektronikadan çox anlamayan insanlar üçün nəzərdə tutulub. Onlar ucuz modullar alıb, protezi özləri düzəldir

Sergey Qaltsev deyir ki, indi o, protezlə odun doğramaq kimi daha öncə edə bilmədiyi bir çox işi görə bilir.

“Mən bu problemə çarə tapmaq qərarına gəldiyi üçün oğlumla fəxr edirəm. Gündəlik həyatlarında bu cihaza ehtiyacı olan çox sayda insan var.”

İnsanların özlərinin düzəldə biləcəyi protez sahəsində inqilab yaratmaq istəyən Oleq Qaltsevin dediyinə görə, cihazın YouTube-dakı videoları bütün dünyada maraq doğurub.

XS
SM
MD
LG