Accessibility links

Üslubu "Qabriyel Qarsiya Markes"in üslubu ilə müqayisə edilən Təbrizli görkəmli yazıçı Saidinin ölümündən 25 il keçir


Qulamhüseyn Saidinin qəbri
Qulamhüseyn Saidinin qəbri

Qulamhüseyn Saidinin qələm dostu olmuş, yazıçı və universitet müəllimi Dr. Qulamhüseyn Fərnud eyni zamanda onun əsərlərinə də yaxşı bələddir. O Amerikanın Səsinin Azərbaycan redaksiyasına müsahibəsində deyib ki, "Saidi dramaturgiya sahəsində İranda ən qabaqcıl yazıçılardan biridi idi. Əgər Saidinin əsərləri nəzərə alınmasa İranın dramaturgiya tarixində iftaxar üçün bir şey qalmaz”.

Təbrizli tanınmış yazar və tadqiqatçı Dr. Qulamhüseyn Saidinin ölümünün 25-ci ildünümü azərbaycanlılar arasında və İranda səssiz keçdi. Saidi 1984-cü il noyabrın 23-də Fransada dünyasını dəyişib. Xarici ölkələrdəki bir neçə fars dilli media və bəzi türk və fars xəbər saytları onun ölümünün ildönümü ilə bağlı məqalələr nəşr edib. Saidi 1935-ci ildə (1314) Təbrizdə yoxsul bir ailədə anadan olub.

Saidinin 64 çap olmuş və onlarla hələ çap olunmamış əsəri var. Bu əsərlərin çoxu dram əsərləridir. Bəzi saytlar, o cümlədən İranın Təhsil Nazirliyi nəzdindəki "Roşd" saytı onun dram əsərlərindən 23-nün adını çəkib.

Saidinin qələm dostu olmuş, yazıçı və universitet müəllimi Dr. Qulamhüseyn Fərnud eyni zamanda onun əsərlərinə də yaxşı bələddir. O Amerikanın Səsinin Azərbaycan redaksiyasına müsahibəsində deyib ki, Saidi dramaturgiya sahəsində İranda ən qabaqcıl yazıçılardan biridi idi. “Əgər Saidinin əsərləri nəzərə alınmasa İranın dramaturgiya tarixində iftaxar üçün bir şey qalmaz”.

“Leylac”, “Toy”, “İntizar”, “Dünyanın ən yaxşı babası”, “Vərzilli Çomaqçılar”, “Məşrutə İnqilabından beş pyes”, “Aydınlıq Ev”, “Uduzana vay olsun”, “Göz gözə muqabil”, “Yazmağın gələcəyi”, “Biz eşitmirik” onun tanınmış dram əsərlərindəndir.

Şah dövründə İranda Saidinin pyeslərinin teatrlarda tamaşasına, nağılları və başqa əsərlərinin kinofilmə çəkilməsinə icazə verilirdi. İranlı direktorlar onun üç nağılı əsasında film çəkib. Bu üç film "Qav" (Öküz), "Özgələr hüzurunda sakinlik" və "Miyna dairəsi"ndən ibarətdir. İran İslam İnqilabından əvvəl “Qav” adlı kitabı və filmi ziyalılar arasında dərin təsir buraxmışdı. Bu kinofilm o qədər təsirə səbəb olmuşdu ki, hətta kinonu haram bilən ayətullahlar belə ona baxıb və sevmişdilər. Ayətullah Xomeyni də “Qavı” bəyənmişdi və onu İran kinofilmlərinə nümunə kimi nəzərdə tuturdu. Xomeyninin tələbi əsasında, inqilabın əvvəlki illərində İranın rəsmi televiziyası dəfələrlə “Qavı” göstərib.

İran Azərbaycanının çoxlu yazıçıları kimi, Saidi də varlı ailədən deyildi. Amma, həm Saidi həm də qardaşı öz fəaliyyətləri nəticəsində İran tarixində mühüm yer tutub. Qulamhüseyn Saidinin əsərlərinin çoxu fars dilində olsa da Dr. Fərnudun dediyinə görə, mərhum yazıçı üçün Azərbaycan türkcəsində yazmaq daha rahat idi. Dr. Fərnud qeyd edir ki, onun azərbaycan dilində kitabları və tədqiqatları da var, amma o dövürdə azərbaycan dilində yazı və nəşrlə bağlı problemlərə əsasən və fars dilində yazmağın nəşriyyatla əlaqədar və başqa imkanlarına görə Saidi əsərlərinin çoxunu fars dilində yazıb.

Onun 7 romanından indiyədək 3-ü çap olunub. Saidinin əsərlərində ağır ictimai tənqidlərə yer verildiyinə görə, İran hökumətləri onun kitablarının çapına maneə törədir və senzura tətbiq edirdi. Saidi, fikirlərinin senzuradan keçməsinin qarşısını almaq üçün bəzi kitablarını yeni adlarla çap etdirməyə çalışıb.

O, İranda senzuraya qarşı təkcə bu yolla mübarizə aparmamış, Dr. Fərnudun dediyinə görə, dostlarından birinin vasitəsilə, Şahın nümayəndəsi "Əmir Abbas Hüveyda" ilə senzuranı aradan qaldırmaq üçün müzakirələr keçirmişdi. O, bu müzakirələrdə Qulamhöseyn Saididən əlavə Dr. Rza Bərahəni, Siyrus Tahbaz və Cəlal Əliəhmədin də iştirak etdiklərini deyir. Dr Fərnud əlavə edir ki " o zamanda senzuranı aradan qaldırmaq barədə müzakirələrdən bir nəticə əldə edilə bilmədi.”

Saidi qısa nağıllar, pyeslər, romanlarından əlavə, kəndlər və kiçik şəhərlərə səfərlər də edib, tədqiqatlar aparıb. Bu tədqiqatlarda ən yüksək yeri İran Azərbaycanının kiçik şəhərləri tuturdu. "Xiyav ya Meşkinşəhər", "Ilxıçı", "Kəleybər", "Əhər", "Mərənd", "Xoy" və "Rzaiyyə (Urmu)" bu siyahıya daxildir. Buna baxmayaraq, onun tədqiqatları sadəcə Azərbaycanla məhdudlaşmayıb. O, İranın cənub bölgələrinə də səfərlər edib, buralardakı araşdırmaları nəticəsində yazdığı əsərləri nəşr etdirib.

Azərbaycanlı ziyalılar bu alim və yazıçının tanıdılmasına çalışır. "Azər Türk" adlı sayt Qulamhüseyn Saidi adına mükafat təsis edib. Saidi İran ədəbiyyat tarixində bir məhəqdaşı olaraq qəbul edilir. İranın tanınmış yazıçısı Qulşiri Saidinin "Qabriel Qarsiya Markes"dən əvvəl, onun üslubunda yazan bir yazıçı olduğunu deyib.

XS
SM
MD
LG