Accessibility links

Sədrəddin Soltan: İran və Səudiyyə Ərəbistanının heç vaxt yaxın əlaqələri olmayıb [Audio-Müsahibə]


İran və Səudiyyə Ərəbistanın diplomatik əlaqələrini kəsməsinin regional təsirləri barədə Amerikanın Səsinə danışan Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan bu ölkələr arasında münasibətlərin heç vaxt yaxın olmadığını qeyd edib. O deyib ki, İran və Səudiyyə Ərəbistanı arasında səfirliklər səviyyəsində münasibətlər yalnız son bir neçə il ərzində yaranmışdı.

please wait

No media source currently available

0:00 0:14:32 0:00

2000-ci ildə İranın dünyaya açılması ilə Tehranın Riyadla əlaqələr qurduğunu deyən ekspert bu münasibətlərin İraq, Suriya və digər ərəb ölkələrində vəziyyətin pisləşməsi ilə xarab olmağa başladığını bildirib. Sədrəddin Soltan Səudiyyə hökumətinin tanınmış şiə ruhanisi Şeyx Nimr əl-Nimri edam etməsinin diplomatik əlaqələrin tam kəsilməsinə səbəb olduğunu və Sudan, Bəhreyn kimi ölkələrin də bu cərəyana qoşulduğunu bildirib.

Azərbaycanda kiminsə ya Səudiyyə Ərəbistanı, ya da İran hakimiyyətinin mövqeyini dəstəkləcəyinə inanmıram

Əhalisinin əksəriyyətinin şiə olduğu Azərbaycanın reaksiyasına dair ekspert Azərbaycanda kiminsə ya Səudiyyə Ərəbistanı, ya da İran hakimiyyətinin mövqeyini dəstəkləcəyinə inanmadığını deyib. Bunu bir sıra səbəblərlə izah edən S. Soltan deyib ki, düzdür, Əl-Nimriyə hökm oxunanda bir qrup azərbaycanlı sosial mediada bəyanatlar, çıxışlar və statuslarla buna etiraz etdirlər. Lakin o, Azərbaycanda bu gün buna açıq şəkildə etiraz edən bir qüvvənin olmadığını deyib.

“Sovet İttifaqı dağıldıqdan sonra Səudiyyə Ərəbistanından Azərbaycana dini meylllər artıb. Vəhhabilik kök salmağa başlayıb. Əhali arasında belə bir tendensiya təriqət zəminində zorakılıqlara yol aça bilərmi?” sualının cavabında Yaxın Şərq və İran üzrə ekspert Azərbaycanda tolerantlıq və müxtəlif təriqətlərə dözümlülük olduğunu vurğulayıb.

Sədrəddin Soltan alt yapıda bəzi hadisələrin baş verməsinə baxmayaraq, cəmiyyətdə bunun təzahür etmədiyini bildirib. O, Səudiyyə Ərəbistanının Azərbaycanda məscidlər tikməsi və müxtəlif xeyriyyəçiliklə məşğul olmasına baxmayaraq, onun fəaliyyətlərinin genişlənməsinin qarşısının alındığını diqqətə çatdırıb.

Regionda yaranmaqda olan təriqət qütbləşməsi ilə ABŞ, Rusiya və Qərblə münasibətləri gərginləşən Türkiyənin regiondakı rolundan danışan ekspert o ölkənin təriqətdənsə öz iqtisadi maraqlarına üstünlük verdiyini bildirib. Politoloq Türkiyənin Azərbaycana da dini münasibətdə yanaşmadığını önə çəkib.

Türkiyənin Azərbaycana münasibəti dəyişməyəcək

Sədrəddin Soltan bildirib ki, Türkiyənin Azərbaycanla oxşar kökləri, problemləri, maraqları və ortaq layihələri olduğuna görə o ölkənin Azərbaycana münasibəti dəyişməyəcək.

O, Türkiyənin ortaq iqtisadi layihələrə görə, həm İrana, həm də ərəblərə yardım edəcəyini deyib. S. Soltan buna mane olan yeganə amilin Rusiya olduğunu bildirib. Ekspertin fikrincə, İranla Rusiyanın yaxınlığı olmasa, Türkiyənin İsraillə problemləri də həll edilə bilər.

XS
SM
MD
LG