Accessibility links

Təbrizli fəal 15 aydır mühakiməsiz həbsdədir


Səid Şirzad
Səid Şirzad

Səid Şirzad 2014-cü ilin iyun ayında Təbrizdə həbs edilib

Hüquq müdafiəçiləri keçən ilin iyun ayında nəzarət altına alınmış və hazırda Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan təbrizli uşaq haqları fəalı Səid Şirzadın “bu günədək mühakimə edilmədiyini” bildirirlər.

İranın insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən, “Səid Şirzad bir neçə dəfə vəkillə təmin edilmədiyi eləcə də, əlləri və ayaqları qandallı bir şəkildə məhkəməyə aparılmaq istəmədiyi üçün məhkəmə qarşısına çıxmaqdan imtina edib.”

Amnesty International-ın “vicdan məhbusu” adlandırdığı fəal ötən ilin iyun ayının 2-də Təbrizdəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha sonra Tehranın Evin həbsxanasına göndərilib.

HRA-nın məlumatına görə, o, bir müddət sonra Evin zindanında məhbusların təşkil etdiyi etirazlarda iştirak etdiyi üçün Rəcayi-şəhr zindanına köçürülüb.

Amnesty International keçən ilin oktyabr ayında yaydığı bəyanatda fəal haqqında belə yazıb:

“Hüquq müdafiəçisi Səid Şirzad siyasi məhbuslar və onların ailələri ilə təmas qurmaq, habelə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsinin ofisi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. O, bir vicdan məhbusudur və sadəcə insan haqları üzrə apardığı dinc fəaliyyətlər səbəbilə nəzarət altına alınıb.”

Səid Şirzad keçmişdə də həbs və mühakiməyə məruz qalıb. O, 2012-ci ilin avqustunda İran Azərbaycanının Qaradağ bölgəsində baş verən zəlzələdən sonra əhaliyə yardım məqsədi ilə bölgəyə getdiyi zaman bir neçə digər fəalla bərabər həbs edilərək 19 gün nəzarətdə saxlanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG