Accessibility links

Daniyel Dey-Levis və Ceniffer Laurens dünən Los Ancelesdə 19-cu Kinoaktyor Mükafatı mərasimində mükakafata layiq görülüb.

Əslən britaniyalı Dey-Levis 16-cı ABŞ prezidenti "Linkoln" rolu,Ceniffer Laurens isə romantik komediya janrında çəkilmiş "Silver Linings Playbook"-da yaratdığı obraza görə mükafata layiq görülüb.


Tommi Lii Cons Linkoln filmində, Anna Hatevey isə "Les Miserable" filmində ən yaxşı tərəf müqabili qismində mükafatın qalibi olub.

1980-ci ildə mərkəzi kəşfiyyat agentliyinin xilas dəstəsinin İranda həbsə alınan altı amerikalını xilas etməsinə həsr olunan "Argo" filmi isə ən yaxşı bədii film qismində mükafata layiq görülüb.

Kino Aktyor Mükafatı eksklüziv olaraq aktyorların televiziya və film sahəsində fərdi və qrup şəkilindəki işlərinə görə verilir.
XS
SM
MD
LG