Accessibility links

Şahvələd Çobanoğlu: Bu siyasi qərardır və AzadlıqRadiosuna qarşıdır (Yenilənib)


Şahbələd Çobanoğlu

Şahbələd Çobanoğlu

Şahvələd Çobanoğlu 2 saat yarım istintaqda dindirildikdən sonra saat 18.30-da azad buraxılıb.

Jurnalist Amerikanın Səsinə bildirib ki, müstəntiq ona vergi öhdəliklərini yerinə yetirməsinin yoxlanacağı ilə bağlı məhkəmə qərarını təqdim edib.

"Mənə vergi əməkdaşını təqdim etdi. Bildirdi ki, səyyar vergi yoxlaması aparacaqlar. Sənədlərin siyahısını təqdim etdilər və 15 gün müddətində həmin maliyyə sənədlərini təqdim etməyimi bildirdilər. Bunlar AzadlıqRadisou ilə bağlıdır", Çobanoğlu qeyd edib.

Jurnalsit bütün vergi öhdəliklərini yerinə yetirdiyini bildirib. "Bu siyasi qərardır və AzadlıqRadiosuna qarşıdır", o deyib.

***

Fevralın 24-də saat 16-da jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Saat 18 olmasına baxmayaraq Çobanoğlu hələ də istintaq idarəsindədir.

O, yenə QHT-lərlə bağlı cinatyyət işi üzrə dindirilir.

Cənab Çobanoğlu bundan öncə də bir neçə dəfə istintaqda ifadə verib. O bundan öncə bildirib ki, AzadlıqRadiosundan mənim hesabıma köçürülən pullar barədə soruşublar. Köçürülmə nəşri çoxdan dayanmış "Fərqli Düşüncə" dərgisinin çapı və yayımı ilə bağlı olub.

“Hər şey qanuni və şəffafdır”, o qeyd edib.

Xatırladaq ki, son günlər yenidən AzadlıqRadiosu ilə bağlı məsələ gündəmdədir. Belə ki, fevralın 23-də radionun keçmiş koordinatoru Babək Bəkir ölkədən xaricə buraxılmayıb, elə həmin gün radionun ştatdankənar əməkdaşı istintaqa çağırılıb və radiounun müxbiri Xədicə İsmayıl dA məhz dünən Binəqədi Rayon Məhkəməsinin Bakı İstintaq Təcridxanasında qapalı keçirilən iclasında 2 500 manat cərimə olunub.

XS
SM
MD
LG