Accessibility links

Dekabrın 17-də Şahdəniz-2 layihəsi təsdiq olunacaq


Şahdəniz yatağından qaz ixracının dördüncü variantı meydana çıxıb

Şahdəniz yatağından qaz ixracının dördüncü variantı meydana çıxıb

“Mərhələ-2” layihəsinin qiyməti 25 milyard dollardır

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar arasında “Mərhələ-2” çərçivəsində danışıqlar yekun mərhələyə daxil olub.

Bu barədə Turan agentliyi ARDNŞ-dəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin müsahibinin sözlərinə görə, 17 dekabrda Four Season otelində “Şahdəniz” yatağının “Mərhələ-2” layihəsinin təsdiqi üzrə mərasim keçiriləcək.

Turan-ın mənbəyi bildirib ki, danışıqlar çətin keçib.

“Bu, aydındır. Xəzərin dərin sulu hissəsində ilk dəfə belə mürəkkəb və coğrafi əhatəsinə görə meqa miqyaslı layihə həyata keçirilir. Uğurlu hasilat üçün Səngəçal qaz terminalı və Cənub Qafqaz qaz kəməri genişləndirilməlidir – bu isə faktiki Azərbaycan ərazisində yeni qaz kəməri çəkilişi, Türkiyə ərazisində meqa magistral tikintisi (TANAP) və ТАР qaz kəmərinin çəkilməsi deməkdir. Layihələr üzrə işləri sinxronlaşdırmaq asan deyil, müəyyən risklər var”, - deyə ARDNŞ təmsilçisi bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, tərəfdaşlar danışıqlarda finişə yaxınlaşır. Bir sıra məsələlər gələn il həll ediləcək, amma tərəflər layihənin gələn həftə təsdiqinə qərar veriblər.
“Mərhələ-2” layihəsinin qiyməti $25 mlrd-dır. İcra zamanı 20% bahalana bilər. 2010-cu ildən layihə çərçivəsində $3 mlrd xərclənib.

“Şahdəniz” layihəsinin səhmdarları bunlardır: ВР (25,5% - operator), Statoil (25,5%), ARDNŞ (10%), Total (10%), LUKoil (10%), NICO (10%), TPAO (9%). Layihə çərçivəsində ilk qaz 2018-ci ilin sonunda çıxarılacaq. İxrac 2019-cu ildə başlayacaq. İxrac həcmi 16 mlrd kubmetr olacaq: 6 mlrd Türkiyəyə, 1 mlrd kubmetr Yunanıstana, 1 mlrd kubmetr Bolqarıstana və 8 mlrd kubmetr də İtaliyaya. Sazişin müddəti 16 oktyabr 2036-cı ildə bitir.
XS
SM
MD
LG