Accessibility links

"Şahdəniz-2" layihəsi çərçivəsində müqavilələr imzalanıb


Trans Adriatik Boru Kəməri layihəsi (TAP)

Trans Adriatik Boru Kəməri layihəsi (TAP)

Müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, EON, Gaz de France, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzalayıb.
Trend agentliyi bildirir ki, qazın alışı üzrə sentyabrın 19-da imzalanan müqavilələr 25 ilə hesablanıb.

"Şahdəniz" yatağının ("Şahdəniz-2" layihəsi) işlənməsinin ikinci mərhələsindən qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, EON, Gaz de France, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb.

"Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir.

TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb.

TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.

Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).
TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz təşkil edəcək. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir.
XS
SM
MD
LG