Accessibility links

“Şahdəniz-2” layihəsi çərçivəsində 13 milyard dollar dəyərində müqavilələr bağlanıb


Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

"Şahdəniz-2" layihəsi çərçivəsində BP şirkəti podratçılarla 13 mlrd. dollardan artıq dəyərdə müqavilə bağlayıb ki, bunun da təxminən yarıdan çoxu Azərbaycan şirkətləri, yaxud Azərbaycan şirkətlərinin də yer aldığı ortaq şirkətlərə həvalə olunub.

Bu barədə jurnalistlərlə söhbətində "BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birrel deyib.

Q.Birrelin sözlərinə görə, hazırkı bazar şəraitində qiymətlərin ucuzlaşması səbəbindən Cənub Qaz Dəhlizi layihəsi üzrə işlərdə xeyli vəsaitə qənaət olunucaq.

Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi nəzərdə tutlur.

Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək

Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Ola bilsin ki, bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini Azərbaycanda açılacaq”. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında deyib.

O bildirib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikintisi üzrə hazırlıq işlərinin 10 faizi artıq tamamlanıb.

“Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır”.

Nazir əlavə edib ki, TAP ilə Avropaya nəql ediləcək Azərbaycan təbii qazından Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da istifadə edə biləcək. Konsorsium tərəfindən bu ölkələrə interkonnektorun çəkilməsi təklif edilib. TAP Bolqarıstanın təbii qaza olan tələbatının 40 faizini təmin etməyə qadirdir.

“TANAP-la Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP Türkiyənin Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. O cümlədən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək”, nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG