Accessibility links

Elm

Nyu-York gənc innovatorlara xüsusi şərait yaradır [Video]


Harlem Biofəzası bio-tibbi mühəndislik üçün ilk inkubator obyektidir. O, yeni sahibkarlara öz ideyalarını və bizneslərini inkişaf etdirmək üçün ucuz xidmət təklif edir. Cüzi aylıq ödəniş müqabilində onlar masa və labaratorya üçün yerlə təmin edilir. Sahibkarlar xam mallar üçün özləri ödəyirlər.

Tayler Pur: Bu, əladır. Çünki burada həm çox ucuz həm də bizim ehtiyac duyduğumuz yaş laboratoriya var. Mən lazım olan kimyəvi maddələri sifariş etmişəm və burada təcrübələrimi həyata keçirirəm.

Tayler Pur və onun şəriki bakteriyanı əbədi məhv edəcək məhsul ixtira edirlər. Bu qab süngəri kimi bakteryadan xilas olması lazım olan ev əşyalarında istifadə oluna biləcək. O və digər 17 şəxsin Biofəzada hədəfi biotibbi problemlərə həll yolu tapmaqdır.

Edvin Vazquez Alzaymer və Parkinson xəstəliklərinin sirrini açmaq istəyir. O, deyir ki, Bio-mərkəzdəkilərin rəylərini paylaşması iş mühitinə müsbət təsir göstərir.

Edvin Vazquez: Belə bir otaqa sahib olmaqdan yaxşı şey ola bilməz. Ətrafında maraqlı məlumatları paylaşan insanlar var. Həmkarlarınla bir araya gəlib bu məlumatları bölüşürsən. Bəzən biri kiminsə sənin araşdırmana bənzər araşdırma apardığını deyir. Əlaqə saxlayıb fikir öyrənmək imkanı olur.

Öndə gedən xəstəxanalar və elm mərkəzləri İmmunovent şirkətinin təsisçisi Keyt Roklin kimi tədqiqatçıları dəstəkləyir. Keyt yeni allergiya diagnoz metodu kəşf edib. İynə vurmaq yerinə firça ilə buruna və ya ağıza tətbiq edirsən.

Keyt Roklin: Bu dəri və ya qan müayinəsindən oluqca çox dəqiqdir. Burun və ya ağızdan götürülən bir nümunə ilə 72 allergiya növünü müayinə etmək olar.

Keyt Roklin: Bizə məlum oldu ki, qan analizlərinin nəticələrinin 50 faizi sadəcə yer findığı allergiyalarını müəyyən edir, ancaq biz 99 faiz dəqiqliyə nail olmuşuq. Hazirda biz yer fındığı allergiyasına daha dəqiq diaqnoz veririk. Bu çox əhəmiyyətlidir, çünki bu insan həyatını təhdid edir.

Nyu-York şəhərindən bu lahiyə üçün 600 min dollar vəsait ayrılıb. Biomərkəz təşkilatının icraçı direktoru Mətyu Ouens keçən il noyabr ayından bu günə qədər çox uğurlara şahid olduğunu bildirib.

Mətyu Ouens: Şirkətlərdən bəziləri məhsullardan gəlir əldə etməyə, müştərilərə xidmət etməyə nail olublar. Bu sınaqlar tamamilə uğurun nəticəsidir.

Inkubator mərkəzinin hədəfi özünü maliyyə baxımından idarə edə biləcək və müstəqil fəaliyyət göstərə biləcək bizneslər inkişaf etdirməkdir. Harlem biofəza inkubatorunun araşdırmalarda əldə etdikləri nailiyyətlər müxtəlif imkanlara yol açır.
XS
SM
MD
LG