Accessibility links

Bakıda güclü yanğın [Video]


Yüz kvadratmetrlərlə sahə və yüz min manatlarla mal yanıb

Martın 12-də saat 9.30 radələrində Bakı şəhəri, Səbayel rayonunda "Sahil" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın sürətlə yayılaraq yüzlərlə kvadratmetr sahəni Sahil Ticarət Mərkəzində yanğın

Sahil Ticarət Mərkəzində yanğın

əhatə edib. Ticarət mərkəzindəki onlarla mağaza yanıb. Sahibkarlar mağazalarında yüz minlərlə manatlıq mallarının yandığını bildirir. Ticarət mərkəzində əsasən geyim malları satılır.

Amerikanın Səsinin hadisə yerində olan müxbiri bildirib ki, yanğın iki saatdan çox davam edib. Yanğınsöndürənlər çalışsalar da yanğını tez bir zamanda lokallaşdıra bilməyib. Bir çox hallarda suyun təzyiqi alova qədər çatmayıb.

Mağazalar saat 10-da açıldığından yanğın baş verən zaman binada yalnız xidmətçilər təmizlik işləri aparırdı. Xidmətçilərdən biri Amerikanın Səsinə deyib ki, yanğın binanın arxasında həyət tərəfdən başlayıb.

Sahil Ticarət Mərkəzində yanğın

Sahil Ticarət Mərkəzində yanğın

Yanğının səbəbləri məlum deyil. Müşahidəçilər yanğının elektrikdən baş verməsini güman edir. İlkin məlumatlara görə ciddi xəsarət alan olmayıb.

Bina Sahil metro stansiyasının üzərində yerləşir. Metronun ziyan çəkib-çəkməsi barədə hələ məlumat verilmir.
XS
SM
MD
LG