Accessibility links

Şahin Xiyavlı: Türk fəallara ağır hökmlər vermək üçün casusluq ittihamını ortaya atırlar [Audio-Müsahibə]


Şahin Xiyavlı
Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə son həftələrdə İran Azərbaycanında baş verən insan haqları pozuntuları haqqında danışıb. Xiyavlı siyasi məhbusların durumunu şərh etməklə yanaşı türk fəalların həm Azərbaycan vilayətləri, həm də internet mühitində təqib və basqılara məruz qaldığını deyir.

Şahin Xiyavlı təqiblər haqda danışır
please wait

No media source currently available

0:00 0:16:32 0:00

Hüquq müdafiəçisi keçən həftələrdə Şərqi Azərbaycan Ədliyyəsi başqanının vilayətdə 6 ‘separatçı casus’-un həbsi ilə bağlı açıqladığı məlumat, eləcə də Qəzvin vilayəti baş prokurorunun internet mühitinin tam nəzarət altında olduğuna dair sözlərini dəyərləndirib.

O, İran Azərbaycanında cərəyan edən milli hərəkatın dinc və mədəni bir hərəkat olduğunu önə çəkərək, casusluq kimi ittihamların türk fəallara qarşı ağır hökmlər çıxarmaq üçün bəhanə yaratmaq məqsədilə gündəmə gətirildiyini ifadə edir.

Türk fəalların da uzun zaman həm telefon danışmaları dinlənmiş, həm də emailləri kontrol edilmişdir.

“Bunlar casusluq şəbəkəsinə dair xəbəri gündəmə gətirərək əslində bir mesaj vermək istəyirlər ki, istədiyimiz zaman və istədiyimiz şəkildə, istədiyimiz ittihamları irəli sürüb sizə ağır hökmlər verə bilərik. Məqsəd milli hərəkatı nəzarət altına almaq və istəklərini istədikləri kimi yönləndirməkdir,” deyə Şahin Xiyavlı söyləyir.

İnternet mühitinin tam nəzarət altında olduğuna dair İran rəsmisinin açıqlamalarını şərh edən Xiyavlı hazırda və keçmişdə türk fəalların da internet və telefon vasitəsilə təqib edildiyinə diqqət çəkir:

İran əhalisinin dörddə birinin Telegram mesajlaşma sistemindən istifadə etdiyi təxmin edilir
İran əhalisinin dörddə birinin Telegram mesajlaşma sistemindən istifadə etdiyi təxmin edilir

“Türk fəalların da uzun zaman həm telefon danışmaları dinlənmiş, onların emaillərinə nəzarət edilmişdir. Onlar tutulanda xariclə irtibat, emailləşmə kimi ittihamlarla qarşılaşırlar. Günümüzdə sosial şəbəkələr və Telegram (İranda geniş istifadə edilən mesajlaşma sistemi) kimi sistemlərin genişlənməsi ilə hamı bunları istifadə etməyə başlayıb. İran hakimiyyəti də bununla bağlı tədbirlər görür. Ola bilər ki, bəzi açıqlamalar şişirtmə olsun, bəlkə bütün fəalları təqib edə bilməsinlər. Amma tanınmış fəallara nəzarət edib, onları həbs edəndə ittiham kimi istifadə edərlər.”

Şahin Xiyavlı 2013-cü ilinin fevral ayında tutulub və 9 il həbsə məhkum olan Yeni GAMOH təşkilatının mərkəzi komitə üzvlərindən biri Behbud Quluzadənin bu yaxınlarda şərti sərbəst buraxılmasına işarə edərək İranda şərti azadlıq qanunu haqqında danışıb.

Bunlar casusluq şəbəkəsinə dair xəbəri gündəmə gətirərək əslində bir mesaj vermək istəyirlər ki, istədiyimiz zaman və istədiyimiz şəkildə istədiyimiz ittihamları irəli sürüb sizə ağır hökmlər verə bilərik.

Onun sözlərinə görə, təşkilatın hazırda həbsdə olan digər üzvləri üçün də şərtli azadlıqdan istifadə etmək şəraiti təmin edilib.

“Bundan öncə də Yeni GAMOH-un digər üzvü Mahmud Fəzli şərti azadlıq qanunundan yararlanaraq sərbəst buraxılmışdı... Bu qanundan yararlanmaq təşkilatın hər beş üzvünün haqqıdır və mənim bildiyim qədər hamısı bunun üçün müraciət ediblər. Onlara söz verilib ki, çıxacaqlar və dosyelərini Təbrizə göndəriblər, amma Təbriz də deyir qərarı mərkəz verməlidir. Bunların da durumu belə qalıb,” Xiyavlı bildirir.

XS
SM
MD
LG