Accessibility links

Sentyabrın 1-də Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Açılış mərasimi bu gün axşam Milli Gimnastika Arenasında olacaq.

Rəsmi məlumatlara görə, olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur.

Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Hall” sarayında Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.

XS
SM
MD
LG