Accessibility links

Səid Mətinpura Evin həbsxanasında hücum edilib [Audio]


Ətiyə Tahiri
Ətiyə Tahiri
Aprelin 17-də Tehranın Evin həbsxanasında İranın təhlükəsizlik məmurları və yüzə yaxın mülki geyimdə olan adamların hücumuna məruz qaldıqdan sonra güneyli jurnalist Səid Mətinpu təkadamlıq kamerya köçürülüb. Cənab Mətinpurun xanımı Ətiyə Tahiri Amerikanın Səsinə müsahibədə həyat yoldaşının aprelin 17-dən aclıq aksiyasına başladığını bildirib.
Ətiyə Tahiri Səid Mətinpura edilən basqılar haqda danışır
please wait

No media source currently available

0:00 0:21:18 0:00
Direct link

Səid Mətinpur və Evin zindanının 350-ci bölməsində həbs hökmlərini çəkməkdə olan digər siyasi məhbusların ağır təzyiqlər və ciddi haqsızlığa məruz qaldığını qeyd edən Ətiyə Tahiri özü də həyat yoldaşının haqlarının tapdalanmasına etiraz olaraq bir neçə gündür aclıq aksiyası keçirməkdədir.
Olay günündən bəri aclığa başladığı üçün Səidin rəngi saralıb, dodaqları qurumuşdu. Zindana hücum edən məmurlar dəyənəklə kürəyinə dörd zərbə vurublar.
Ətiyə Tahiri
“Mənim ancaq həftədə bir dəfə olan görüşmə günündə Səidin durumundan xəbərdar olmaq imkanım olur. Buna görə də, aprelin 21-ə qədər olay haqqında bildiklərim ancaq saytlarda oxuduqlarımdan ibarət idi. Aprelin 21-də Səidi görə bildim... Olay günündən bəri aclığa başladığı üçün rəngi saralıb, dodaqları qurumuşdu. Zindana hücum edən məmurlar dəyənəklə kürəyinə dörd zərbə vurublar,” deyə, xanım Tahiri söyləyib.

Onun sözlərinə görə, zindan məsulları təkadamlıq kamerada saxlanılan məhbusların 3 həftə görüşmə haqqından məhrum olduğunu söylədilər, ancaq Evin zindanında toplaşan ailələrin birgə etirazı, həmçinin millət vəkili Əli Mütəhhərinin dövrəyə girməsi nəticəsində məsulları görüşmək üçün icazə verməyə məcbur olublar.

Xanım Tahiri məhbusların hücuma məruz qaldığı gündə baş verən olaylarla bağlı məlumatını Amerikanın Səsi ilə paylaşıb.
Mən özüm Həsən Ruhaninin sözlərinə güvənib, ona səs verdim. Ancaq, o verdiyi sözlərə əməl etmədi. Bizləri məyus etdi. Ruhani seçim kampaniyasında İran televiziyasında mən sərhəng deyiləm (polkovnik), hüquqçuyam deyərək, vətəndaşlıq haqlarını qoruyacağına söz vermişdi.
Ətiyə Tahiri
O, məhbusların hər hansı bir səbəb olmadan hücuma məruz qaldığını qeyd edib.
“Heç bir səbəb olmadan məhbuslara qarşı güc tətbiq ediblər, onları dəyənəklə döyüblər... Dəyənəklə dörd dəfə Səidin kürəklərindən vurublar. Hələ Səid başqalarına görə daha az döyüldüyünü deyir. O gün baş verənlər normal deyil, qarışıq bir olaydır. Bilinməyən çox şey var, bunların bəlkə sonra səsi çıxacaq... Görüşmə günündə, Evin zindanında məhbus oğlu ilə görüşdükdən sonra huşunu itirən bir xanım gördüm. Oğlunu nə vəziyyətdə görmüşdü ki huşunu itirdi,” deyə Ətiyə Tahiri aprelin 17-də baş verən hadisəni təsvir edib.

8 il həbsə məhkum olmuş həyat yoldaşının hökmünün 6-cı ilinə girdiyini qeyd edən zəncanlı müəllimə prezident Həsən Ruhaninin insan haqları və siyasi məhbuslar ilə bağlı verdiyi vədlərə əməl etmədiyini, onu və digər məhbusların ailəsini xəyal qırıqlığına uğratdığını dilə gətirib.

“Mən özüm Həsən Ruhaninin sözlərinə güvənib, ona səs verdim. Ancaq, o verdiyi sözlərə əməl etmədi. Bizləri məyus etdi. Ruhani seçim kampaniyasında İran televiziyasında mən sərhəng deyiləm (polkovnik), hüquqçuyam deyərək, vətəndaşlıq haqlarını qoruyacağına söz vermişdi,” deyə, Ətiyə xanım əlavə edib.
XS
SM
MD
LG