Accessibility links

Səid Mətinpur Evin həbsxanasına geri dönüb


Tanınmış jurnalist bir həftə azadlıqda olub

5 ildən artıq həbsdən sonra ilk dəfə məzuniyyətə buraxılan tanınmış güneyli jurnalist Səid Mətinpur bir həftə Zəncan şəhərində ailəsi ilə vaxt keçirdikdən sonra Tehranın Evin zindanına geri dönüb.

Evin həbsxanasında 8 illik həbs hökmünü keçirməkdə olan Səid Mətinpur ötən iyul ayının 28-də üç günlük azadlığa buraxıldı.

Sosial şəbəkələrdə yayılan şəkillərə istinadən, Səid Mətinpurun Zəncanda olduğu müddətdə Azərbaycan vilayətləri və İranın digər bölgələrində yaşayan türk fəallar onu və ailəsini evində ziyarət ediblər.

Azərbaycan veb səhifələrinin yazdığına görə, öncədən də sağlıq problemləri yaşayan tanınmış jurnalistin səhhəti Zəncanda ikən pisləşib və xəstəxanaya apırıldıqdan sonra,onun məzuniyyətinin müddəti daha bir neçə gün uzadılıb.

Səid Mətinpur avqust ayının 4-də Tehranın Evin həbsxanasına geri dönüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG