Accessibility links

Devrilmiş Liviya liderinin oğlu İnterpol ittihamlarını rədd edir

  • Amerikanın səsi

Devrilmiş Liviya liderinin oğlu İnterpol ittihamlarını rədd edir

Devrilmiş Liviya liderinin oğlu İnterpol ittihamlarını rədd edir

Sabiq Liviya lideri Müəmmər Qəzzafinin oğlu Səadi Qəzzafi İnterpolun ona qarşı irəli sürdüyü ittihamları rədd edib. Həmin ittihama əsasən Liviya futbol federasiyasının rəhbəri olduğu müddətdə Səadi reketlə məşğul olub.

Səadi ittihamları qətiyyən rədd etdiyini bildirərək dövlət mülkiyyəti mənimsəmədiyini deyib. İnterpol ötən həftə Liviya Milli Keçid Şurasının təqdimatına əsasən Səadi haqda bveynəlxalq axtarış elan edib.

Bu arada mühasirəyə alınmış Sirt sakinləri yanacaq, oksigen və başqa ləvazimatların çatışmaması üzündən Liviya şəhəri uğrunda gedən döyüşlərdə yaralanmış adamların öldüyünü deyirlər.

Müvəqqəti hökumət qüvvələri ilə Müəmmər Qəzzafi loyalistlərinin döyüşləri ucbatından yüzlərlə sakin bu gün Sirteni tərk ediblər. Qaçan sakinlər hava zərbələri və atışmaların Sirtdə həyatı dözülməz etdiyini deyirlər. Yanacaqla işləyən generatorların çatışmaması üzündən onlar İbn Sina hospitalında yaralıların əməliyyat stolunda öldüklərini bildiriblər.

Qırmızı Xaç Cəmiyyəti dünən hospitala bəzi tibbi ləvazimatlar, o cümlədən sarğı materialları və 400 litr yanacaq gətirib.

XS
SM
MD
LG