Accessibility links

Saleh İldırım: Səudiyyə liderlərinə dedik, bizi İran çərçivəsində görməyin [Audio-Müsahibə]


Saleh İldırım

Saleh İldırım

Səudiyyə Ərəbistanı rəsmilərinin dəvəti ilə Həcc ziyarətində iştirak edib və ölkə liderləri ilə görüşən qeyri-fars siyasi təşkilat təmsilçilərindən biri Saleh İldırım Amerikanın Səsinə müsahibədə Səudiyyə Ərəbistanına səfərinin yekunlarını şərh edib. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü digər iştirakçılar ilə bərabər İranda qeyri-fars cəmiyyətlərin durumunu Səudiyyə Ərəbistanı rəsmilərinə açıqladığını, nazirlər səviyyəsində görüşlər keçirdiyini və Kral Salman bin Əbdüləziz əl-Səudun sarayında təşkil edilən ziyafətə qatıldığını söyləyir.

Səudiyyə Ərəbistanı-İran arasında diplomatik gərginliklərin ən yüksək nöqtəyə çatdığı bir dönəmdə iki ölkə rəsmilərinin Həcc ziyarətinə dair müzakirələri nəticəsiz qaldı və iranlı zəvvarlar builki ziyarətə göndərilmədi.

Bu çağırış bizə bir fürsət oldu. İstiqlal Partiyası illər idi lobbiçilik fəaliyyətləri ilə [İrana] qonşu ölkələrlə irtibat qurmağa çalışırdı. Burada bizim çox yüksək səviyyədə görüşlərimiz oldu, nazirlər səviyyəsində.

Belə bir durumda, Səudiyyə höküməti İran İslam Respublikasının bəzi siyasi muxalifləri o cümlədən, qeyri-fars millətlərə məxsus təşkilatların təmsilçilərini builki Həcc ziyarətində iştirak etməyə dəvət etdi.

Saleh İldırım həm GAİP sözçüsü olaraq həm də “Öz müqəddəratını təyin etmək üçün Millətlər Cəbhəsi”-nin sədri qismində görüşlərdə iştirak etdiyini bildirir.

Onun sözlərinə görə, türk, ərəb, kürd, bəluç və türkmən qruplarından təmsilçilərin Səudiyyə Ərəbistanına dəvət edilməsi neft zəngini bu ölkənin İrana baxışının dəyişdiyini və ölkənin “qeyri-fars millətlərini” tanımaq istədiyini göstərir.

Saleh İldırım Kral Salman bin Əbdüləziz əl-Səudla görüşür.

Saleh İldırım Kral Salman bin Əbdüləziz əl-Səudla görüşür.

“Bu çağırış bizə bir fürsət oldu. İstiqlal Partiyası illər idi lobbiçilik fəaliyyətləri ilə [İrana] qonşu ölkələrlə irtibat qurmağa çalışırdı. Burada bizim çox yüksək səviyyədə görüşlərimiz oldu, nazirlər səviyyəsində. Nəhayətdə Kralın özünə qonaq olduq. Kral Salman bizi Məkkədəki sarayında qonaq etdi. Nazirlər, vəliəhd, siyasi qruplar və media ilə görüşlərimizdə Güney Azərbaycanı anlatdıq... Mən eyni zamanda Millətlər Cəbhəsi sədri kimi qatıldığım üçün qeyri-fars millətlərin hamısının vəziyyətini açıqladım,” deyə İldırım söyləyir.

Heç bir istiqlal savaşı, heç bir inqilab himayəsiz və lobbiçilik fəaliyyəti olmadan, yardım almadan başa çatmaz.

GAİP sözçüsü Səudiyyə liderlərindən qeyri-fars cəmiyyətlər ilə İranın hesabını ayırmalarını istədiklərini vurğulayır:

“Onlara dedik, bizi İran çərçivəsində görməyin və İranla hesabınızı bizə daşımayın. İran eyni zamanda bizim də düşmənimizdir. Bizim də torpaqlarımızı işğal edib və biz qeyri-fars millətlər olaraq İranla savaşmaqdayıq... Ölkələr arasında savaş olsa, buradan millətlərə zərər gəlməsin.”

Riyadla Tehran arasındakı gərginliklər üzündən İran builki Həcc ziyarətinə rəsmi zəvvar heyəti göndərməyib.

Riyadla Tehran arasındakı gərginliklər üzündən İran builki Həcc ziyarətinə rəsmi zəvvar heyəti göndərməyib.

Səudiyyə Ərəbistanının önəmli və dünya ictimaiyyətində söz sahibi bir ölkə olduğunu vurğulayan Saleh İldırım bu ölkə ilə əlaqələr və mizakirələrin dərinləşərək davam edəcəyini bildirir.

O, deyir ki, “birinci mərhələdə istədik bunu bilsinlər ki, Azərbaycan İran deyil. Təbii ki ondan sonra, başqa işlər asanlaşar. Səudiyyə Ərəbistanı güclü, bütün dünya siyasətində təsiri olan bir ölkədir. İran kimi terror mərkəzi deyil... Bu gün BMT-də belə qərarları ləğv edə bilir. Amerikanın Konqresinə gedəcək təklifləri belə önləyə bilir. Bu qədər güclü ölkənin bölgəmizdə olmasından, nüfuzundan, imkanlarından [istifadə etməliyik]. Heç bir istiqlal savaşı, heç bir inqilab himayəsiz və lobbiçilik fəaliyyəti olmadan, yardım almadan başa çatmaz. Buna görə də, belə bir ölkə ilə əlaqə qurmaq vacibdir.”

XS
SM
MD
LG