Accessibility links

Saleh Kamrani: Nüvə razılaşması ilə azərbaycanlıların problemləri həll olmayacaq [Video]


Saleh Kamrani ilə müsahibə
please wait

No media source currently available

0:00 0:10:37 0:00

Vyanada İran və dünya qüdrətləri arasında uzun müzakirələrdən sonra İranın nüvə proqramının məhdudlaşdırıması müqabilində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərə tutan tarixi razilaşma əldə edildi. İranda böyük ruh yüksəkliyi ilə qarşılanan razılığa əsasən İrana qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması ölkəyə investisiya axınını təmin edəcək. Bu inkişaflar İranda azərbaycanlıların yaşadığı bölgələrə necə təsir göstərəcək? İsveçdə yaşayan güneyli fəal Saleh Kamrani Amerikanın Səsinə müsahibədə İranla Qərb arasında razılaşmaya azərbaycanlılar arasında reaksiyalardan danışıb.

Saleh Kamraninin sözlərinə görə İran rejimi insanları bütün problemlərin sanksiyalarla bağlı olduğuna və ölkədə vəziyyətə görə bu sanksiyaları tətbiq etmiş beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığına inandırmağa çalışır. "Lakin iqtisadi problemlər və insan haqları sahəsində pozuntular sanksiyalar tətbiq edilməmişdən əvvəl də olub və sanksiyalar bu problemləri sadəcə daha da ağırlaşdırıb. Ona görə də millət bunu başa düşür ki, təkcə sanksiyaların aradan qaldırılması ilə onların vəziyyəti ciddi şəkildə dəyişməyəcək.”-deyə o bildirib.

“İran iqtisadiyyatı qeyri-şəffaf və korrupsiyalaşmış bir iqtisadiyyatdır və xüsusilə də azərbaycanlılara gəldikdə ayrı-seçkiliyə əsaslanan bir büdcə sistemi mövcuddur"-Saleh Kamrani

Saleh Kamrani sanksiyaların aradan qaldırılmasının və İran ölkəyə investisiya axınının azərbaycanlıların yaşadığı bölgələrə böyük təsiri olacağını gözləmir: “İran iqtisadiyyatı qeyri-şəffaf və korrupsiyalaşmış bir iqtisadiyyatdır və xüsusilə də azərbaycanlılara gəldikdə ayrı-seçkiliyə əsaslanan bir büdcə sistemi mövcuddur. Mən inanmıram ki, azərbaycanlıların durumunda müsbət bir dəyişiklik olsun.”

Güneyli fəal İranla nüvə razılaşmasının əldə olunmasından sonra ölkə daxilində vəziyyətdə böyük dəyikşikliklərin olacağını gözləmədiyini bildirib. O deyib ki, durumun dəyişməsi üçün İranın siyasi, iqtisadi, mədəni sistemi ya tamamilə dəyişməli, ya da burada köklü islahatlar aparılmalıdır. “Bunun İranda siyasi-iqtisadi, demokratik dəyikşikliklərə səbəb olacağını düşünmürəm. Anlaşmadan bir neçə gün sonra Məşhəddə bir neçə adam edam edilib. Həsən Ruhaninin hakimiyyətə gəlməsilə siyasi-iqtisadi dəyikşiklərin olacağına dair gözləntilər var idi. Amma bunlar baş vermədi. Əksinə, insan haqlarının pozulması, edamların artması müşahidə edildi.”

”Urmu gölünün qurumasının qarşısının alınması üçün heç bir iş görülmədi. Ana dilində, Azərbaycan türkcəsində məktəbin yaradılacağını demişdilər, heç bir iş görmədilər."-Saleh Kamrani

Saleh Kamrani azərbaycanlıları narahat edən məsələlərin öz həllini tapmadığını xüsusi vurğulayıb:”Urmu gölünün qurumasının qarşısının alınması üçün heç bir iş görülmədi. Ana dilində, Azərbaycan türkcəsində məktəbin yaradılacağını demişdilər, heç bir iş görmədilər. Siyasi məhbuslar hələ də zindandır. Bu razılaşma ilə rejimə “nəfəs almaq imkanı”nın verilməsindən sonra daha daxili məsələlərdə, xüsusilə də azərbaycanlılarla bağlı daha aqressiv əməllərə əl atacaqlar.”

Saleh Kamrani bu yaxınlarda BBC Fars xidmətinin proqramında İran Azərbaycanının müstəqilliyi ilə bağlı verdiyi açıqlamalara reaksiyalardan danışıb. O, proqramda söylədiyi fikirlərə geniş dəstək verildiyini deyib: “Azərbaycanlılar tərəfindən olduqca müsbət reaksiya aldım. Heç bir mənfi mesaj almadın. Deyirdilər ki, azərbaycanlılar hər zaman İranın bötüvlüyün qoruyublar, İran üçün canlarından, başlarından keçiblər. Bu proqram İranın özündə də çox populyar proqramdır. BBC-nin özünün dediyi kimi, bu ay ən çox baxılan proqramlardan olub. Proqrama çox adam baxmışdı. Əgər azərbaycanlılar gerçəkdən onların təbliğ etdiyi kimi istiqlalın əleyhinə olsaydılar, ən azından 10 nəfərlik bir qrup da mənfi reaksiya göstərərdi. Mənə farslar tərəfindən ictimai şəbəkələrdə, Facebook səhifəsində inbox-a təhdid, terror mesajlar gəldi. Amma azərbaycanlılar tərəfindən belə olmadı. Başqa dostların da xaricdə də, içəridə də fikirlərini mənə çatdırdılar. Onlar da bu məsələ ilə razılaşırdı. Belə görünür ki, azərbaycanlıların əksəriyyəti arasında Azərbaycanın müstəqilliyi məsələsi ilə bağlı konsensus var.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG