Accessibility links

Güneyli vəkil: Ana Dili Gününü qeyd edənlərin həbsi qanunsuzdur [Audio]


Saleh Kamrani

Saleh Kamrani

“Dünya Ana Dili Günü bütün dünyada UNESCO tərəfindən qeyd edilir. İran hakimiyyətinin bu günü öz evlərində qeyd edən əhalinin evinə basqın edərək onları kütləvi şəkildə həbs etməsi qanunsuzluqdur,” deyə vəkil Saleh Kamrani Amerikanın Səsi ilə müsahibədə fevral ayında İran Azərbaycanında baş verən kütləvi həbsləri dəyərləndirir.




Güneyli hüquqşünas Ana Dili Günündə baş verən həbsləri İran qanunları və beynəlxalq hüquq baxımından qiymətləndirərək, bu həbslərin qeyri-farsların hüquqları ilə bağlı bir çox vədlər vermiş Həsən Ruhaninin prezidentliyi dönəmində həyata keçirilməsinə diqqət çəkib.

İran qanunları ilə baxsaq belə, həbslər qanunsuzdur. Dünya Ana Dili Günü UNESCO tərəfindən müəyyənləşmiş bir gündür. Əslində dövlət özü bu günü qeyd etməlidir. Bu günü evlərində qeyd edən insanları həbs etmək qanun və hüquqa qarşıdır.
“Ana Dili Günü son bir neçə ildə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən öncə də Əhər və digər şəhərlərdə elə bu şəkildə qeyd edilərdi. Təhlükəsizlik qurumları bu mərasimləri qeyd edənləri çağırıb onlara hədə-qorxu gələrdilər, ancaq bu növ geniş həbs dalğası həyata keçirilməmişdi,” deyə əslən Əhər şəhərindən olan və İsveçdə mühacirətdə yaşayan vəkil qeyd edib.

Sabiq siyasi məhbusun sözlərinə görə, Həsən Ruhaninin İranda yaşayan etnik qrupların hüquqları, o cümlədən türk dilində təhsil məsələsi ilə bağlı verdiyi sözlər bütünlüklə siyasi hədəflər istiqamətində irəli sürülüb və gerçək tərəfi yoxdur.

“Xüsusilə Əhmədinejad hakimiyyətinin son illərində, toplumda ciddi bir ümidsizlik fəzası yaranmışdı. Ruhanigillər bu növ sözlər verərək fəzanı dəyişdirib, əhalini seçkilərdə iştirak etmək üçün həvəsləndirməyə çalışıb. Bir çoxlarının fikrincə qeyri-farsların səsləri olmasa idi Ruhani prezident seçilə bilməzdi,” deyə o söyləyib.

Saleh Kamraninin fikrincə, əslində hökümətin verdiyi sözlərin nəticəsini gözləyənlər bu həbslərdən sonra Ruhanini sınamış oldular. Ruhani və onun verdiyi sözlərin də gerçək mahiyyəti üzə çıxdı.

Xüsusilə Əhmədinejad hakimiyyətinin son illərində, toplumda ciddi bir umudsuzluq fəzası yaranmışdı. Ruhani gillər bu növ sözlər verərək fəzanı dəyişdirib, əhalini seçkilərdə iştirak etmək üçün həvəsləndirməyə çalışdılar. Bir çoxlarının fikrincə qeyri-farsların səsləri olmasaydı Ruhani prezident seçilə bilməzdi.
Güneyli vəkilin dediyinə görə, məmurların evlərə icazəsiz girişi, həbs prosesində baş verən qanunsuzluqlar, nəzarətə alındıqları zaman fəallara qarşı güc tətbiq edilməsi, eləcə də məhbusların işgəncə və təhqirə məruz qalması kimi xüsuslardan əlavə, həbslər qanunsuzdur:

“İran qanunları ilə baxsaq belə, həbslər qanunsuzdur. Dünya Ana Dili Günü UNESCO tərəfindən müəyyənləşmiş bir gündür. Əslində dövlət özü bu günü qeyd etməlidir. Bu günü evlərində qeyd edən insanları həbs etmək qanun və hüquqa qarşıdır. İnsanlar evlərində mərasim keçirə bilər. Bu elə toy mərasimi kimi bir şeydir.”
XS
SM
MD
LG