Accessibility links

13 ay okeanda həyatı uğrunda mübarizə aparan şəxs xilas edilib


Marşall adalarının sahilində tapılan salvadorlu balıqçı rəsmilərə Sakit okeanda 13 ay həyatı uğrunda mübarizə apardıqdan sonra xilas olduğunu deyib.

Hose Salvador Alvarenqa 2012-ci ilin dekabr ayında Meksikanın cənubunda köpək balığı ovuna çıxdığını deyib. O, qayığın idarəsini itirdikdən sonra dalğaların qayığın 11 min kilometr başqa istiqamətə yönəltdiyini bildirib.

Ötən həftə iki qadın onu Marşall adalarının cənubunda, çimərlikdə ac və yarıçılpaq vəziyyətdə aşkar edib.

Alvarenqa çiy quş və balıq əti yediyini və öz sidiyini içməklə sağ qaldığını deyib.

O deyib ki, onun cavan yol-yoldaşı, az yaşlı Hiquel şəraitə dözə bilmədiyindən ölüb.

Rəsmilər salvadorlu balıqçının əhvalatını təsdiqləməyib. 2006-cı ildə üç Meksikalı balıqçı okeanda doqquz ay itkin düşdükdən sonra yaxınlıqdakı adalarda xilas edilmişdi.

Alvarenqa Meksikaya qayıtmaq istədiyini deyib. ABŞ, Meksika və Salvador rəsmiləri onun müaricətini müzakirə edir.
XS
SM
MD
LG