Accessibility links

Salyandan səslər: Həbsimə nail olmaq istəyirlər – Başçıdan danışmağa haqqı yoxdur [Audio-müsahibə]


Salyan şəhəri

Salyan şəhəri

Salyanda ictimai fəal həbs edilib. Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov və Salyan rayon icra hakimiyyətinin nümayəndəsi Zaman Əmirovun Amerikanın Səsinə maraqlı müsahibələri

Salyan rayonunda (Bakıdan 140 kilometr cənub) Demokratiyaya Yardım İctimai Birliyinin fəalı, hüquq müdafiəçisi və ictimai vəkil Tofiq Qasımov aprelin 4-də xuliqanlıq ittihamı ilə 10 sutka inzibati qaydada həbs edilib. Bu barədə Amerikanın Səsinə müsahibəsində birliyin rəhbəri Emil Məmmədov bildirib.

O, ittihamı qurama adlandırıb. “Əslində Tofiq Qasımovun həbsi Demokratiyaya Yardım İctimai Birliyinin üzvü olması ilə bağlıdır. Səbəb odur ki, ötən ilin dekabrında təşkilatımız adından Azərbaycan prezidentinə, bu ilin fevralında isə Prezident Administrasiyanın rəhbərinə rayondakı korrupsiya hallarının araşdırılması xahişi ilə müraciət etmişik. Elə o vaxtdan da icra hakimiyyəti başçısı məni düşmən kimi görür, elə bir toplantı yoxdur ki, əleyhimə danışmasın. Özünə yaxın adamlar vasitəsi ilə xəbərdar olunmuşam ki, mənim həbsimə nail olacaqlar”, o qeyd edib.

E.Məmmədov iddia edir ki, Tofiq Qasımovdan təzyiq yolu ilə onun əleyhinə ifadə almaq istəyirlər. “Qasımova təzyiq edirlər ki, guya idarə və müəssisələrdən tələblər edib və bu tələblərin edilməsini guya mən ona demişəm”.

O, Tofiq Qasımovun hüquqlarının müdafiəsinin təşkil edilmədiyini və onun vəkillə təmin olunmadığını deyib. “Bakıdakı hüquq müdafiə təşkilatlarından Qasımovun hüquqlarının müdafiəsi üçün vəkil tutmalarını xahiş edirəm”, deyə Məmmədov qeyd edib.

Öz növbəsində Salyan rayon icra hakimiyyətinin nümayəndəsi Zaman Əmirov Amerikanın Səsinə bildirib ki, Emil Məmmədov rayonda bir təşkilat açıb, haqlını-haqsızı qəbul edir. “Onun icra hakimiyyəti başçısı haqqında danışmağa haqqı yoxdur. İcra hakimiyyəti başçısı rayonda quruculuq işləri ilə məşğuldur, tikir-qurur. Emil Məmmədov isə heç nə etməyib. Əgər icra başçısı onun haqında bir söz deyirsə, deməli nə isə bilir və deyir”, Əmirov qeyd edib.
XS
SM
MD
LG