Accessibility links

Atlantik Şuranın məruzəçiləri ABŞ vitse-prezidenti ilə görüşüb


Atlantik Şuranın məruzəçilərinin ABŞ vitse-prezidenti ilə görüşü
Atlantik Şuranın məruzəçilərinin ABŞ vitse-prezidenti ilə görüşü

Görüşdə Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib

ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”nın Avropa Ittifaqına sədrlik edən Latviya ilə birgə 29-30 yanvarda Vaşinqtonda təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” mövzusunda konfransa dəvət olunmuş məruzəçilər yanvarın 29-da ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, konfransda Azərbaycanı təmsil edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da ABŞ vitse-prezidenti ilə görüşdə iştirak edib.

Səfirlik bildirir ki, toplantı zamanı o cümlədən Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığında iştirakı və gələcək perspektivlər müzakirə olunub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib və eləcə də, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə toxunulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG