Accessibility links

Onun repertuarına Azəbaycan mahnıları da daxil idi

Azərbaycan əsilli tanınmış müğənni Sami Yusuf Bakıda konsert proqramı ilə çıxış edib. "Sarı gəlin” adı ilə keçirilən konsert “KEvents group”un təşkilatçılığı ilə reallaşıb.

Sami Yusuf "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə Azərbaycanın “Natiq” ritm qrupu da çıxış edib.


Konsert zamanı Sami Yusuf Azərbaycan bayrağını öpərək pianonun üstünə sərib.

O, tamaşaçıların təkidi ilə repertuarından əlavə bir neçə mahnı da oxuyub.

Sami Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub.

XS
SM
MD
LG