Accessibility links

Azərbaycan maliyyə naziri Samir Şərifov oktyabrın 6-dan 9-dək Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun Vaşinqtonda keçiriləcək İllik Toplantısında iştirak edəcək.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə,
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.

XS
SM
MD
LG