Accessibility links

Samirə Ağayeva: Qızlar qınanılır, ailələr bunu utanc kimi qəbul edir [Audio-Müsahibə]


Son zamanlar Azərbaycanda baş verən olaylar, xüsusilə də 17 yaşlı Aytac Babayevanın qətli qadın zorakılıqlarına diqqətləri cəlb edib. Bununla bağlı başladılan kampaniyanı yüksək dəyərləndirən hüquqşünas Samirə Ağayeva gənclərin buna reaksiya verməsinin mühümlüyünü qeyd edib.

Amerikanın Səsinə müsahibəsi zamanı o, kampaniyanın nəticələrindən gözləniləntilərinin böyük olmadığını vurğulayıb.

S.Ağayevə regionlarda bu kimi halların tez-tez baş verdiyini, lakin bu olayların qabarılmadığını bildirib.

Hüquqşünas milli mentalitet, qadın-kişi təbii əlaqələrin cəmiyyətdə təhrif olunduğu barədə də fikirlərini açıqlayıb. O, sosial mediada bu kimi hadisələrin birmənalı qarşılanmadığının şahidi olduğunu, bəzi hallarda qızların qınanıldığını, ailələrin bunu utanc kimi qəbul etdiyini deyib.

Qızların seksual və ya ən adi münasibətlər barədə maarifləndirilməsinə ehtiyac duyulduğunu deyən hüquqşünas uşaqların münasibətlərini ailələrdən gizli saxladıqları üçün belə halların tez-tez baş verdiyini bildirib.

Samirə Ağayeva Azərbaycanda nikah yaşına çatmayan qız uşaqlarının evləndirilməsinin də fəsadlarından danışıb. O, evlənmə ilə bağlı qanunvericilik və ailə məcəlləsindəki yaş həddinə baxmayaraq, azyaşlı-15, 16, hətta 14 yaşlı qızların ərə verildiyini deyib.

Məsuliyyətin valideynlərin və azyaşlı qızlarla ailə quranların daşımalı olduğunu bildirən Samirə Ağayeva qanunların daha da sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

XS
SM
MD
LG