Accessibility links

USAİD və Azərbaycan kənd yolunu təmir edib


Kənd yolu
Kənd yolu

Samux rayonu (Bakıdan 350 kilometr qərb) Seyidlәr kәnd sakinlәri 370 metrlik yolun tәmiri layihәsinin başa çatmasını qeyd edib.

ABŞ səfirliyinin məlumatına görə, layihәyә ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azәrbaycan hökumәti, Seyidlәr bәlәdiyyәsi vә icma üzvlәri dәstәk göstәrib.

Tәmir olunmuş yol kәnd tәsәrrüfatı mәhsullarının bazara daha tez çatdırılmasına, habelә kәndin 800 sakininә fövqәladә hallarda yardımın әlçatan olmasına imkan verәcәk.

Bu, ABŞ vә Azәrbaycan hökumәtlәrinin birgә maliyyәlәşdirdiyi 27-ci icma layihәsidir.

XS
SM
MD
LG