Accessibility links

San-Bernardino terror qurbanlarını yad edir [Video]


San-Bernardino terror qurbanlarını yad edir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Prezident Obamanın terror hücumu adlandırdığı 14 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Kaliforniya ştatının San-Bernardino şəhərinin hökümət işçiləri bazar ertəsi iş yerlərinə qayıdıb.

14 nəfərin ölümü, 21 nəfərin isə yaralanmasından sonra hələ də bu həyəcanı yaşayan insanlar San-Bernardinoda bazar ertəsi səhər normal həyata, geri, iş yerlərinə qayıdıb. “Bizim həyatımız heç vaxt əvvəlki kimi olmayacaq” deyə, San-Bernardino skaini Yolanda Braun bildirir.

San-Bernardino sakini Brayant Trujillo: “Ətrafımızda avtomobillər hərəkət edir, həyat öz axarı ilə davam edir. Lakin biz hadisə qurbanları üçün həyatın qalan hissəsinin çətin olacağını bilməliyik.”

Brayant Trujillo ömrü boyu San-Bernardinoda yaşayıb. Hadisə qurbanlarını şəxsən tanımasa da o, zərərçəkənlərə dua etməklə yardım etmək istədiyini deyir. “Bu faciədən sonra biz hər dəqiqə, hər saniyə, hər gün bu ürəkləri kövrək insanlara dəstək olmalı, onları sevməliyik.”

Faciədən günlər keçməsinə baxmayaraq, San-Bernardinoda dəstək və sevgini hiss etmək olur. Bunu yalnız hadisə qurbanlarının xatirə memorialında deyil, San-Bernardino dairəsinin Hökumət Mərkəzində də görmək olur. Sakinlər, qanunvericilər və həmkarlar ittifaqının işçiləri terror hücumunun həyatlarını ömürlük dəyişən insanlara dəstək olmaq üçün bir araya gəlib. “Gəlin San-Bernardinoda qətlə yetitilənlərin və yaralananların kim olduğunu unutmayaq” deyə, Bob Şonover bildirir.

Hüquq-mühafizə orqanlarının hadisənin səbəblərini araşdırmağa və onu törədənlərin motivlərini müəyyən etməyə davam edir. Lakin Brayant Truhillo bunun icmanın ağrısını acaldacağına əmin olmadığını deyir. “Mən onların terrorçu və ya cani olmalarının əzizlərini itirən ailələr üçün fərqi olduğunu düşünmürəm. Onları itkiləri narahat edir.”

Bundan sonra belə hadisələrin təkrar olunmaması Birləşmiş Ştatlar qanunvericiləri və təhlükəsilik rəsmiləri qarşısında ən böyük sınaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG