Accessibility links

San Fransisko ABŞ-da sağlamlıq xəbərdarlığı tətbiq edən ilk ştat olacaq

San Fransiskoda şəkərli içkilər üzərində xəbərdarlıq reklamları yer alacaq.

Etiketlər üzərində “Xəbərdarlıq: Şəkərli içkilər piylənmə, diabet və dişlərin çürüməsinə səbəb olur” sözləri yazılacaq.

Xəbərdarlıq televiziya və radio reklamlarına şamil edillməyəcək.

San Fransisko şəhər şurası tərəfindən yekdilliklə qəbul edilən qərar iyul ayının 25-də qüvvəyə minir. Ölçülərə şəhər büdcəsindən şəkərli içkilərə vəsait ayrılmaması da daxildir.

Amerikanın Spirtsiz İçkilər Assosiasiyası qərarla bağlı Şimali Kaliforniya məhkəməsinə müraciət edib. Qurum qərarın konstitusiyanın birinci düzəlişinə zidd olduğunu iddia edir.

San Fransisko ABŞ-da şəkərli sulara sağlamlıq xəbərdarlığı tətbiq edən ilk ştat olacaq.

XS
SM
MD
LG