Accessibility links

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, nazirlik 2015-ci ildə Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfərin ölümünə və 22 nəfərin yaralanmasına səbəb olan qətliamda istifadə edilən silahların ikisini alan şəxsin günahkar olması ilə bağlı anlaşma əldə edib.

Anlaşmanın şərtlərinə əsasən, Enrike Markes terrorçuları maddi dəstəklə təmin etməkdə və odlu silah aldığı ilə bağlı yalnış bəyanat verməkdə təqsirləndirilir.

Anlaşmada Marquez və həyat yoldaşı Təşfin Maliklə bərabər Farukun iş yerində qətliam törədən Seyid Rizvan Faruk arasında münasibətlərin detalları barədədir.

Cütlük hücumdan bir neçə saat sonra polislə atışma nəticəsində öldürülüb.

Markes Farukla 2005-ci ildə onun qonşuluğuna köçdükdən sonra tanış olub.

Enrike Markes Federal Təhqiqatlar Bürosunun Agentlərinə Farukla 2012-ci ilin sonunda münasibətləri kəsdiyini və 2015-ci ildə San Bernardino hücumu barədə hadisə baş verməzdən əvvəl xəbərsiz olduğunu deyib.

Lakin Markes Farukla əlaqə qurduqdan bir il əvvəl ondan pul alıb və həmin puldan sonradan San Bernardino qətliamında istifadə edilən iki silahı əldə edib.

O, qanuna əsasən federal həbsxanada 25 il müddətinə azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG