Accessibility links

San Diego Zooparkının 100 yaşı var [Fotoqalereya]


San Diego Zooparkı

San Diego Zooparkı

2016-cı ildə Amerikanın ən məşhur və qədim zooparkı olan San Diego Zooparkı yerli və xarici qonaqlar üçün il boyu yeni sərgilər və tədbirlər keçirtməklə öz 100 illik yubileyini qeyd edəcək. San Diego Zooparkı 800-dən artıq növ və yarımnövü olan 4 000-dən çox heyvanın evidir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

San Diego Zooparkı heyvanların açıq havada, qəfəssiz, təbii şaraitdə yaşaması anlayışını ilk olaraq tədbiq edən zooparklardan biridir. Bu zoopark həmçinin dünyada olan nəhəng pandanın evidir.

San Diego Zooparkı ziyarətçilərə bütün iqlim zonalarından olan heyvanları görmək imkanı yaradır: Afrikanın yağışlı meşələrində məskunlaşmış sinə-döyən qorillalardan başlayaraq, tundralarda və Arktika tayqalarında yaşayan ağ ayılaradək.

XS
SM
MD
LG