Accessibility links

Yəmən məscidində partlayış olub


Şahidlər və müxbirlər bildirir ki, Yəmənin paytaxtı Sənada, qoşa məsciddə iki intiharçının üzərlərindəki bombanı partlatması nəticəsində onlarla dindar həlak olub.

Hücum Bədr və Əl-Haşuş məscidlərində günorta namazı zamanı törədilib. Bu məscidlər paytaxt Sənaya nəzarət edən Huti şiə üsyançılarının namaz qldıqları yerdir.

Ölənlərin dəqiq sayı barədə məlumat verilmir.

Dünən sabiq Yəmən lideri Əli-Abdulla Salehə sadiq Huti üsyançıları cənub Ədən şəhərində hazırkı president Əbd-Rəbbu Mansur Hadiyə sadiq qüvvələrlə toqquşub.

XS
SM
MD
LG