Accessibility links

"Şahdəniz" konsorsiumu hələ marşrut seçimini elan etməyib


Avropa İttifaqı Rusiyadan “Nabucco”ya mane olmamağı xahiş edir

Avropa İttifaqı Rusiyadan “Nabucco”ya mane olmamağı xahiş edir

ARDNŞ-nin yüksək vəzifəli məmuru deyib ki, hər hansı şirkətin hətta rəsmi məlumatı da hüquqi əsasa malik deyil. Avstriyanın OMV şirkəti isə dünən bildirib ki, Nabucco qaz kəməri "Şahdəniz" yatağından qaz almayacaq.

"Şahdəniz" konsorsiumu bir neçə gün sonra Bakıda Azərbaycan qazının tədarük marşrutu seçimi barədə qərarını açıqlayacaq. Bu barədə ARDNŞ-nin yüksək rütbəli məmuru Turan müxbirinin Avstriyanın OMV şirkətinin "Şahdəniz" konsorsiumunun Nabbucco-West kəmərindən imtina etməsi barədə məlumatını şərh edərkən bildirib.

ARDNŞ təmsilçisinin sözlərinə görə, hələlik "Şahdəniz" konsorsiumu marşrut seçimini elan etməyib, buna görə hər hansı şirkətin hətta rəsmi məlumatı da hüquqi əsasa malik deyil.

Avstriyanın OMV şirkəti çərşənbə günü bildirib ki, Nabucco qaz kəməri "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-2" layihəsi çərçivəsində qaz almayacaq.
OMV şirkətnin iyunun 26-da yaydığı məlumatda deyilir ki, Nabucco Gas Pipeline International GmbH-in səhmdarı “Şahdəniz" konsorsiumu Azərbaycan qazının tədarük marşrutu seçimi barədə onlara məlumat verib. "Nabucco-West konsorsium tərəfindən əsas marşrut kimi seçilməyib".

Amma Avstriya şirkəti bəyan edir ki, "Nabucco Gas Pipeline International GmbH-in etdiyi təklif seçimin bütün meyarlarına cavab verirdi və çox rəqabət qabiliyyətli idi.
Sonra məlumatda bildirilir ki, OMV Avropaya qaz tədarükünün şaxələndirilməsi və sonrakı təhülkəsizliyində rol oynamaq niyyətindədir və mövcud marşrutlara alternativləri qiymətləndirəcək. OMV hesab edir ki, Nabucco layihəsi çərçivəsində çoxlu qiymətli işlər görülüb və bunlar gələcək layihələrdə xərcini çıxaracaq.
XS
SM
MD
LG