Accessibility links

Sanders Qərbi Virciniya ştatında Klintona qalib gəlib


Vermont ştatının senatoru Berni Sanders dünən Qərbi Virciniya ştatında keçirilən ilkin seçkilərin növbəti turunda sabiq dövlət katibi Hillari Klintona qalib gələrək aktivindəki nümayəndələrin sayını artırıb.

Səsvermənin nəticələrinə görə, Sanders 51, Klinton isə 36 faiz səs toplayıb.

Demokrat Partiyasından namizədliyi iddialı Vermont senatoru Oreqon ştatında tərəfdarlarına deyib ki, o, ən son səsi əldə edənədək mübarizəni davam etdirəcək.

"Buradan isə Filadelfiyada toplaşacaq nümayəndələrə bildirmək istəyirəm ki, xanım Klintonla fikir ayrılıqlarımız olsa da, yalnız bir məsələ üzərində razıyıq. Biz Donald Trampa qalib gəlməliyik".

Hillari Klinton səslərin ümumi sayına görə, Sandersdən öndədir. Ancaq namizədliyi əldə etmək üçün sabiq dövlət katibinə lazım olan 2383 nümayəndə toplamalıdır. Partiyanın rəsmi namizədi iyul ayında Filadelfiyada keçiriləcək Demokratların Milli Qurultayında elan olunacaq.

Respublikaçılar düşərgəsində yarışda qalan yeganə namizəd Donald Tramp isə Qərbi Virciniya və Nebraska ştatlarında asan qələbə əldə edib.

XS
SM
MD
LG